Elə yanğılar da olur ki, onlar elə-belə sönmür. Bu
yanğınlar bəzən bir insanı, sonra onun ətrafını qarsır. Yanğın
ocağı yazıçı olanda onun yayılma təhlükəsi daha artıq olur. Çünki
vərəqlər tez alışır.
...Sizə elə gəlmir ki, Əkrəm Əylisli bu xalqa, bu millətə, bu
dövlətə qəsdən öcəşir. Öcəşir ki, kimsə qəzəblənib ona nəsə etsin.
Amma niyə?
Niyə axı Əkrəm Azərbaycana ikinci dəfədir ki, çerez Rusiya və
çerez rus dili gəlir? Azərbaycanın əsl vətəndaşlarının əsəbləri ilə
oynayır. Ya yaşı. Ya da başı ilə bağlı problemlərlə əlaqədar olaraq
bir yazıçı kimi diqqəti daha çəkə bilməyən Əkrəm indi deyingən,
hamının zəhləsini tökən xərifləmiş qocanı xatırladır. O, artıq
yazıçı kimi əldən düşüb. Maraqlı deyil, bədii toxumu bitmir,
sonsuzdur, ancaq danışır və yalnız bu yolla yenidən yada düşmək
istəyir. İlk baxışdan asan yoldur. Xaricdə səni öz ölkəndə mövcud
olan ictimai rəyə qarşı çıxmış bir cəsur kimi tanıyırlar. Sənə
acıyırlar, müdafiənə qalxırlar, sən də guya olursan cəfakeş
Ermənistanın ekiz tayı..
Amma bu yol həm də təhlükəlidir. Çünki elə bil əcəl səni
girləyir, day demirsən ki, başdan xarabın birinin əlinə keçərsən,
onun da əlindən bir xəta-zad çıxar və butöv bir dövlət də düşər
zibilə. Bəs bu zibil kimə lazımdır? Maraqlı sual deyil,
sizcə???
...Əslində Əkrəm Əylislinin "Daş yuxular" romanı yazandan sonra
Azərbaycanda rahat-rahat yaşamaqda davam etməsi özlüyündə bir
möcüzədir. Dövlətin bağışlamadığı yazıçını, xalq, baxmayaraq ki,
onu öz adından artıq məhrum edib, amma bir növ bağışladı. Əkrəm
Əylislini cini çıxardığı butılkaya oturtmadı. Bir-iki məzəmməti
dolu məqaləyə, bir-iki taziyanə verilişə və bir-iki lax yumurtaya
qonaq edilən yazıçının bundan sonra utandığından ölüb yerə
girəcəyini, adam içinə çıxmaycağını güman edənlər yanıldılar. Məlum
oldu ki, Əkrəm bütün qoca ətlər kimi gec bişir…daş yuxular bu
adamın manifesti imiş, vəssəlam.
Əkrəmin bəstə boyunu bəyan edirik.
Əkrəm Russkiy reportyor vasitəsilə bizdən soruşur: "Harda
görmüsünüz yazıçı vətənpərvər ola?". Cavab veririk. Əvvəla, Əkrəmin
son zamanlar şübhəli şəkildə sevməyə başladığı Rusiyada. Əkrəmin ən
çox tərcümə etdiyi Şukşinin bütün yaradıcılığı vətənpərvərlik
hisslərinin sərgisidir. Soljenitsın böyük rus millətçisi kimi Sovet
İttifaqına qarşı çıxmışdı. "Vətənpərvərlik" əsərinin müəllifi,
böyük yapon yazçısı Yukio Misima isə vətən naminə hətta xarikiri
etmişdi.
İ
ndi isə Azərbaycanın vətənpərvər yazıçılarından bir-ikisini
xatırladaq. Ciyərlərini xalqına qurban kəsən Mirzə Ələkbər Sabir…
Mirzə Cəlil… yeri gəlmişkən, tez-tez Mirzə Cəlildən sitat gətirən
Əkrəm unudur ki, Mirzə Cəlil Əkrəm qədər bu millətin imtiyazlarına
malik deyildi, Mirzə Cəlil deputat təyin olunmamışdı, yəni parlaman
üzvü olanda bir, millət vəkilliyindən çıxarılandan sonra inciyərək
başqa bir mövqe qırıllatmırdı… Mirzə Cəlil Əkrəm Əylisli kimi
prezident təqaüdü almırdı, bir qarın çörək pulunu hamamda kassirlik
etməklə qazanırdı.
Əkrəm Əylisli son müsahibəsində bir qədər də irəli gedərək
azərbaycanlıların demək olar ki, hamısının birləşdiyi nöqtəyə daha
sərrast zərbələr endirir. Qarabağ probeminə ümumxalq yanaşmasına.
"Referendum keçirilsə görərsiniz ki, azərbaycanlıların böyük
əksəriyyəti ermənilərlə münasibətlərin normallaşmasını istəyir"
deyə. Şübhəli şəkildə Ermənistanın rəsmi ideologiyası ilə üst-üstə
düşən bu bəyanatı Əkrəmin beyninə kim ötürüb? Hardan çıxıb bu
nəticə? Azərbaycanda iki ildir ki, yaşayan, bir müşahidəçi kimi
sadəcə görüb hiss etdikləri əsasında müəyyən qənaətə gələn Riçard
Morninqstar etiraf edir ki, getdyii hər yerdə hamı bir ağızdan
ondan Qarabağın nə vaxt qaytarılacağını soruşur. Bu isə ona aydın
mesajdır ki, Azərbaycandca hamı Qarabağın Azərbaycana
qaytarılmasını istəyir. Ermənilər isə bu tələblə qətiyyən razı
deyillər. Deməli, belə çıxır ki, azərbaycanlılar bu problem həll
olunmayınca ermənilərlə normallaşma istəməyəcək. Əkrəm isə buyurur
ki, referendum olsa, azərbaycanlıların mütləq əksəriyyəti
ermənilərlə dostlaşmaq istəyər. Bu kimin tapşırığı və sifarişidir,
Əkrəm Əylisli? Bağışlayın məni, amma siz artıq peşəkar
provakatorluq edirsiniz. Doğrudanmı yaşınızın bu vədəsində sizi
erməni azərbaycanlı dostluğunun aqibəti sabah, birisi gün harda,
hansı torpaqda dəfn olunacağınızdan daha çox düşündürür?!
Özü də "ermənilər və azərbaycanlılar torpaq üstündə vuruşur,
amma bu torpaq heç kimə lazım deyil" deyəndən sonra, nəyə bel
bağlayırsınız? Amma torpaq dövlətin altıdır, dövlət onun üstündə
qurulub, onu quran insanlar arasında 10 minlər olub ki, sadəcə
ölüblər! Və öldüklərinə görə də sizin cavabınızı verə
bilmirlər.
Torpaq Əkrəmə lazım deyil. Bəs o harda dəfn ediləcəyini güman
edir. Yandıracaqlar cəsədini, yoxsa Ben Laden kimi sulara
tapşıracaqlar?!
…Əkrəm artıq öz yolunu müəyyən edib.
Onun beynində sərt cızıq var və Əylisli öz cızığından çıxmağa
ehtiyat edir. Bu cümləyə fikir verin: "Nə Əliyev, nə də Putin
torpağın sahibi deyil. Onlar sərvətin və neftin müdirləridir".
Əylisli Sarqsyanın hətta adını belə çəkmir. Doğrudanmı, anti xalq,
biistiqlal və bişöhrət yazıçının şübhəli öhdəliyi vətəndaş
borcundan daha artıqdır. Ola bilər, əlbəttə ola bilər ki, Əkrəmin
nənəsi və anası ona ermənilər haqqında ancaq yaxşı şeylər danışsın.
Amma onlar bir qadın kimi gördüklərinin, hiss etdiklərinin,
xoşlandıqlarının təsiri altında da ola bilərdilər. Amma Əkrəm pis
şeyləri , yaxın tarixi, ermənilərin azərbaycanlıları təkcə elə
Xocalıda qırıb-çatdığını dəqiq xatırlamalıdır?!
Və bütün baş verənlərdən sonra deyəsən bəzi mətləblər anlaşılır.
Gəlin xatırlamağa çalışaq. Azərğaycanda yeni müxalifətçilik dalğası
kimləri üzə çıxardı. Peşəkar siyasətçiləri yox- ziyalıları. Neft
Akademiyasının müəllimi Rafiq Əliyevi, yazıçı Rüstəm İbrahimbəyovu,
tarixçi Cəmil Həsənlini, yazıçı Əkrəm Əylislini… oxşar hadisələr
post sovet məkanının yeni inqilabi dövründə baş verirdi.
Qırğızıstanda hakimiyyətə gələn qüvvələr də, Gürcüstan prezidenti
də elmi keçmişə malik olmaqla siyasi keçmişdən məhrumdurlar. Ali
məktəb müəllimləri və rektorlar. Sizə elə gəlmirmi, taktika dəyişir
və bu dəfə təqdim olunan hazır modellər başqadır. Azərbaycan isə
hələ ki, bu modellərin hər birini zərərsizləşdirə bilir. Burda nə
milyarderlər təsisatı bir şey edə bildi, nə Cəmil Həsənlidən iki
illik Bidzina İvanişvili düzəltmək mümkün oldu, nə də Qırğızıstanda
manası amerikalılardan alaraq Rusiyanın arzularına uyğunlaşdıran
professorların Azərbaycanda tutarlı kolleqalarını tapa
bildilər.
Beləliklə, dövlət güclü çıxdı. Amma hələ hər şey bitməyib. Baş
verənlər Azərbaycanda kimlərinsə böyük repitisiya keçdiyini
düşünməyə əsas verir. 2015-ci ilin parlament seçkiləri
ərəfəsində.
Əkrəm Əylisli isə bir az əvvəl adlarını çəkdiyim şəxslərdən yalnız
biridir və o öz üzərinə düşən işi yerinə yetirir. Onun tapşırığı
bəlkə də elə günlərin bir günü hansısa beyni qanlının əlində
ölməkdən ibarətdir. Dövlət isə bunları qabaqcadan görməli və uyğun
addımlar atmalı, Əkrəmi , nə qədər qəribə səslənsə də qorumalıdır.
Ona görə yox ki, Əkrəm Əylisli Azərbaycana lazımdır… əksinə. Ona
görə ki, o Azərbaycana lazım deyil. Nə dirisi, nə də ölüsü ilə. Hər
iki halda baş ağrısıdır.
...madam ki, elədir…
…dirisini qoruyaq, leş iyi daha çox başağrıdır ("Anspress")