Yuxarı

Putin Ukraynadakı separatçıları aldatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Ukraynadakı separatçıları aldatdı

Slavyanskdakı terrorçular öldürülmüş yoldaşlarının meyitlərini Rusiya ərazisinə çıxara bilmirlər.

"Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk deyib.

Tımçukun sözlərinə görə, terrorçular nə edəcəklərini belə bilmirlər və ona görə də şayiə yayırlar ki, həmin meyitlər Ukrayna ordusuna aiddir:

"Bundan başqa terrorçuların maliyyə problemi də yaranıb. Kəşfiyyat onların pul köçürməsini həyata keçirən bankları nəzarət altına alıb, sərhədçilər isə külli miqdarda pul keçirmək istəyən kuryerləri saxlayır. Buna görə də terrorçular pulları kiçik məbləğdə - təxminən 50 min dollar köçürməyə məcbur olurlar. Rusiya, Krım və Yanukoviçin ailəsi onların əsas maliyyə mənbələri sayılır".

Tımçukun sözlərinə görə, Rusiyanın Ukrayna ərazisinə hücum planından imtina etməsi və Baş Kəşfiyyat İdarəsinin onlara nəzarəti zəiflətməsi terrorçular arasında çaxnaşmaya səbəb olub.

"Kreml hələlik "sülhməramlı əməliyyatını" təxirə salıb", - deyə Tımçuk bildirib.

Tarix
2014.05.19 / 17:28
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla