Yuxarı

Ukraynaya təminat verə bilmərik - Medvedev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynaya təminat verə bilmərik - Medvedev

Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat verə bilməz və bununla bağlı üzərinə öhdəlik götürməyib.

"Axar.az" xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedev "Blumberq" agentliyinə verdiyi müsahibəsində deyib.

"Biz heç kimə təminat verə bilmərik, çünki bununla bağlı üzərimizə öhdəlik götürməmişik. Lakin biz hesab edirik ki, Ukraynadakı hadisələri sakitləşdirmək üçün kiməsə nəsə təminat vermək lazım deyil", - deyə Medvedev jurnalistin, "Moskva Luqansk və Donetskin Rusiyanın tərkibinə qatılmayacağı ilə bağlı təminat verə bilərmi?" sualını cavablandırarkən deyib.

Medvedev dialoq aparmaq istəyən digər tərəfləri də təminat verməyə çağırıb: "Qoy bizim tərəfdaşlarımız – Avropa Birliyi və ABŞ təminat versinlər ki, Ukraynanın daxili işinə qarışmayacaqlar, qoy onlar təminat versinlər ki, Ukraynanı NATO-ya itələməyəcəklər, cənub-şərqdəki insanlar rus dilində rahat danışacaq və "Sağ sektor" kimi ağılsız gəlib onları kəsməyəcək".

Baş nazir həmçinin bildirib ki, təminatı yalnız Ukrayna hökuməti öz xalqına verməlidir və bunun üçün təcili dialoq aparmalıdır.

Tarix
2014.05.20 / 11:16
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla