Yuxarı

Büdcə ali məktəblərdən xilas olur: AMEA-nın taleyi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Universitetlərin publik hüquqi şəxsə çevrilməsi büdcə gəlirlərinə qənaət edilməsi baxımından da vacibdir.

Bu sözləri Axar.az-a iqtisadatçı ekspert Vüqar Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün verdiyi sərəncamla BDU və İqtisad Universitetinin publik hüquqi şəxsə çevrilməsinin təhsilimizə təsiri haqqında danışarkən söyləyib. İqtisadçı bildirib ki, bu gün dünyada dövlət universitetlərinin sayının azaldılması tendensiyası mövcuddur:

“Dövlət təhsil müəssələrinə publik hüquqi şəxs statusu verilməsi təhsil sektorunda nümunəvi münasibətlərin dəstəkləməklə bərabər, universitetləri məcbur edir ki, müxtəlif sahələrdən maliyyə vəsaitlərini əldə etməkdə maraqlı olsunlar. Publik hüquqi şəxs özəl mülkiyyət növü deyil, yeni mülkiyyət növüdür. Universitetlərin publik hüquqi şəxsə çevrilməsi onların özəl universitetə çevrilməsi anlamına gəlmir. Sadəcə bunun özəlliyi ondan ibarətdir ki, büdcə gəlirlərinə qənaət edilir”.

V.Bayramov perspektivdə universitetlərin publik hüquqi şəxs statusundan daha çox faydalana biləcəyini də diqqətə çatdırıb: “Çünki bu gün dünyada təhsilin inkişafı ilə bağlı kifayət qədər böyük maliyyə imkanları var: qrantlar, təhsil proqramları və s. Azərbaycan universitetləri həmin proqramlarda, qrantlarda çox təəssüf ki, fəal iştirak etmir. Bu da birbaşa onunla bağlıdır ki, dövlət büdəcəsindən maliyyələşirlər. Büdcə onların xərclərini ödəyir deyə, onlarda o tip proqramlarda yaxından iştirak üçün stimul yaranmır. Publik hüquqi şəxs statusu Azərbaycan universitetlərinə imkan verir ki, büdcədən kənar mənbələrdən daha çox maliyyə cəlb etsinlər”.

İqtisadçı ekspert Vüqar Bayramov perspektivdə Azərbaycan Milli Elmlər Akademiyasının mərhələli şəkildə publik hüquqi şəxsə çevrilməsinin də məqsədəuyğun olduğunu söyləyib:

“Milli Elmlər Akademiyasının və digər universitetlərin də publik hüquqi şəxs statusu alıb-almayacağı prezidentin səlahiyyətindədir. Amma mən onun tərəfdarıyam ki, digər universitetlərə, o cümlədən AMEA-ya da bu status verilsin. Elmlər Akamediyasının və digər təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsi büdcənin bu istiqamətdəki israfının tamamilə aradan qaldırılmasına, elm və təhsilinin inkişafına böyük təkan verər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla BDU və İqtisad Universiteti publik hüquqi şəxsə çevrilib. Bundan öncə isə Mühəndislər Universiteti və ADU (Azərbaycan Dillər Universiteti) publik hüquqi şəxsə çevrilmişdi.

Tarix
2017.06.22 / 17:18
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla