Yuxarı

Putin seçki günü Ukraynaya qoşun yeridəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin seçki günü Ukraynaya qoşun yeridəcək

Rusiya mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisinin qarşısını almaq üçün hərbi təyyarələrlə bu ölkənin hava məkanını pozaraq müdaxiləyə başlayacaq.

"Axar.az" xəbər verir ki, bununla bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Rusiya Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin Müdafiə Sistemini yarmaq üçün "Təyyarələr paradı" adlı hava əməliyyatı hazırlayır.

Plana görə, Ukrayna hərbçiləri ölkə ərazisinə soxulan təyyarələri vurmalıdırlar. Rus təyyarələri seçkiləri pozmaq üçün alçaqdan və yaşayış məskənlərinin üzərindən uçacaqlar.

Rus təyyarələrinin Kiyevə qədər uçacaqları bildirilib. Təyyarələrin vurulmasından sonra Rusiya Ukrayna ərazisinə hücuma keçəcək. Və bəhanə edəcək ki, ilk atəşi Ukrayna ordusu açıb.

Təxribat variantı da istisna olunmur. Rus hərbçiləri öz təyyarələrini də vura bilərlər. Təyyarələrin vurulmasından sonra hücum 3 istiqamətdə olacaq. İlk müdaxilə Luqansk istiqamətində olacaq. Digər iki istiqamət isə Belorus və Dnestryanı ərazisindən ehtimal olunur.

Mənbənin sözlərinə görə, Rusiya seçkiləri pozmaqda israrlıdır. Ona Ukraynanın ərazisi lazım deyil. Ona Ukraynanın Avrointeqrasiyasının və NATO-ya qoşulmasının qarşısını almaq üçün öz istədiyi prezident lazımdır.

Mənbə həmçinin bildirib ki, seçki günü Mərkəzi Seçki Komissiyasını tutmaq üçün Kiyevə havadan diversiya qrupu atılacaq.

Tarix
2014.05.20 / 12:07
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla