Yuxarı

İlham Əliyev baş redaktoru qəbul etdi - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyasının “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.

Axar.az xəbər verir ki, ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov Ümummilli Liderlə söhbətlərin çox maraqlı keçdiyini bildirdi. Qonaq Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Humanitar sahədə əməkdaşlığımızın genişləndirilməsində Azərbaycan və Rusiya ziyalılarının əlaqələrinin rolu vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2017.06.25 / 13:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla