Yuxarı

Dini nikah bağlayanlar cəzalandırıla bilərmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini nikaha girmək heç bir ictimai təhlükə törətmədiyindən cəzalandırılması mümkünsüzdür.

Bu sözləri hüquqşünas Səməd Vəkilov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dini nikahla bağlı verdiyi açıqlama haqda Axar.az-a danışarkən deyib.

“Cinayət Məcəlləsində belə bir müddəa var: yalnız bu Məcəllədə nəzərdə tutulan ictimai təhlükəli əməli törətdikdə cəzalandırıla bilər. Cinayət qanunvericiliyində isə dini nikah kəsməyin ictimai təhlükəli məsələ kimi xarakterizə olunması ilə bağlı maddə yoxdur. Ona görə Mübariz müəllimin açıqlaması siyasi-ideoloji xarakter daşıyır. Burda əsas məqsəd rəsmi dövlət nikahlarının labüdlüyünə diqqəti yönəltməkdir. Ailə Məcəlləsinin birinci maddəsinə görə, dini kəbin hüquqi məsuliyyət yaratmır. Ona görə də dövlət rəsmilərimiz, o cümlədən Mübariz Qurbanlı rəsmi nikahın vacibliyi ilə bağlı xəbərdarlıq edir.

Faktiki nikah və ya vətəndaş nikahı münasibətləri dünyanın hər yerində mövcuddur, o cümlədən, bu, Qərbi Avropada geniş yayılmış bir münasibətdir. Qərbi Avropada 5-10 il vətəndaş nikahında yaşayırlar, hüquqi baxımdan bəzən heç nikaha girmirlər. Rusiyada da bu geniş yayılıb. Bu o deməkdir ki, cütlüklər birgə yaşayırlar, hətta övladları doğulur, amma hüquqi nikahları yoxdur. Dini nikahı isə Azərbaycan qanunvericiliyi qəbul etmir, tanımır, ona görə burada məsələ o qədər də sadə deyil. Məsləhətdir ki, rəsmi nikahdan sonra dini nikah kəsilsin”

Sözügedən məsələyə ilahiyyatçı Elşad Miri də öz münasibətini bildirib:

“Hər halda Mübariz müəllim Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə məsləhətləşərək bu ifadəni işlədib, yəni mexanizm Qafqaz Müsəlmanları İdarəsinin öz daxili nizamnaməsində həyata keçirilə biləcək bir məsələdir. Bu, illərdir müzakirə edilir. Türkiyənin özündə də dəfələrlə bu məsələ gündəmə gətirilib, lakin nəticə olmayıb. Bu, maarifləndirici təbliğatdır. Ümid edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi açıqlama ilə çıxış edəcək ki, “dini nikah” adlı anlaşma forması nə peyğəmbərin dövründə olub, nə də Qurani-Kərimdə var. Bugünki rəsmi nikah dini nikahı əvəz edir”.

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanmasının qanunsuz olduğunu, bunu edən din xadimlərinin cəzalandırılacağını açıqlamışdı.

Tarix
2017.06.26 / 09:30
Müəllif
Nübar Lətifli
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla