Yuxarı

Rusiyalı turist: "Qəbələdə çox heyrətamiz..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə yay turizm mövsümünün açıq elan edilməsi xarici turistlərin bölgələrimizə axınına səbəb olub. Turistlər səfalı məkanlarımıza səfər edir, gözəl təbiət qoynunda dincəlirlər. Belə turistlərdən biri də rusiyalı Yuliya Musuitinadır. O, Moskva ətrafındakı kiçik Boqdan şəhərindəndir.

Axar.az xəbər verir ki, Yuliya Azərtac-a müsahibəsində deyib: “On gündür ki, dostumla birgə Azərbaycandayıq. Çox gözəl ölkəniz var. Bakıda dörd gün olduq, doyunca gəzdik. Sonra Oğuz rayonuna səfər etdik, Qəbələdə olduq. Kanat yolu ilə gəzərkən qarşımızda çox heyrətamiz mənzərə canlanırdı. İndi isə iki gündür ki, Şəkidəyik. İnsanlarınız çox mehriban və istiqanlıdırlar.”

Qədim Şəkinin tarixi məkanları, o cümlədən Şəki xanlarının sarayı, Kiş məbədi, “Yuxarı Karvansaray” mehmanxana kompleksi və digər abidələrlə tanışlıqdan məmnun qaldığını bildirən rusiyalı turist Şəkinin zəngin mətbəxini, xüsusilə halva və pitini çox bəyəndiyini vurğulayıb.

Tarix
2017.06.26 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla