Yuxarı

"Ermənilər suriyalı qaçqınları Qarabağda yerləşdirir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da çıxış edib.

Axar.az xəbər verir ki, millət vəkili Ermənistan hökumətinin Suriyadan köçkün düşmüş erməniləri öz işğalçılıq oyunlarına alət edərək, işğal etdiyi Azərbaycan torpaqlarına yerləşdirdiyini deyib və bunun beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qətnamələrinə zidd olduğunu söyləyərək AŞPA-nı buna səssiz qalmamağa çağırıb.

“Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətində asılı olmayaraq, dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda, bu, insani dəyərlərlə də doğru yanaşma deyil. Amma Ermənistan Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərdən öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadədə davam edir. Onları Ermənistana deyil, işğal etdikləri Azəərbaycan torpaqlarına yerləşdirirlər. Yəni bu insanları bilərəkdən işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər ki, Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir və biz Miqrasiya və Köçkünlər Komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişənin həllinə də mənfi təsir göstərən bu qeyri-qanuni əməllərinə səssiz qalmamağa çağırırıq”, - millət vəkili bildirib.

Tarix
2017.06.28 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla