Yuxarı

Kadırov Putinə qisas almağa söz verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov Putinə qisas almağa söz verdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov "Layf nyus" telekanalının jurnalistlərini saxlayan Ukrayna hakimiyyətini hədələyib.

"Axar.az" xəbər verir ki, Kadırov bununla bağlı İnstaqram səhifəsində yazıb.

"Ukraynanın qeyri-qanuni hakimiyyəti Kramatorsk yaxınlığında "Layf nyus"un jurnalistləri Oleq Sidyakin və Marat Sayçenkonu saxlayıblar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibinin müavini Viktor Syumar onları terrorçuluqda ittiham edir. Syumar iddia edir ki, onlar terrorçu qruplaşmalara daxildirlər. ABŞ Dövlət Departamentində deyirlər ki, onlarda rus jurnalistlərinin saxlanılması haqda məlumat yoxdur. Mən Ukrayna xüsusi xidmət orqanlarının vəhşiliyindən və onların sahibi ABŞ-ın ikiüzlüyündən təəssüflənirəm", - deyə Kadırov yazıb.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi faşist üsullarını hələ də davam etdirir: "Biz Sidyakin və Sayçenkonun dərhal azad edilməsini tələb edirik. Əgər Kiyev fikrini dəyişməsə və jurnalistləri evə buraxmasa biz onların təhqir olunmasına səssiz qalmayacağıq. Bizim jurnalistləri saxlayanlara qarşı istifadə etməyə real qüvvəmiz var. Buna görə də, məsləhət görürük ki, jurnalistləri azad etsinlər, yoxsa biz sərt addım atacağıq".

Qeyd edək ki, "Layf nyus" kanalının jurnalistləri Marat Sayçenko və Oleq Sidyakin mayın 18-də Ukraynın cənub-şərqində saxlanılıblar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası onlardan daşınan zenit-raket kompleksi götürüldüyünü demişdi.

Tarix
2014.05.21 / 13:00
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla