Yuxarı

Çeçenlərdən Azərbaycan əleyhinə istifadə ediləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çeçenlərdən Azərbaycan əleyhinə istifadə ediləcək?

"Qarabağda normal demoqrafik balans yarada bilməyən ermənilər çətin ki, Krıma getməyə bu və ya digər formada razı olsunlar".

Bu sözləri Axar.az-a açıqlamasında NATO-Azərbaycan Cəmiyyətinin rəhbəri Fərrux Məmmədov deyib.

O, ermənilərin artıq Rusiyanın əlində olmaq istəmədiklərini bildirib:

"Yaxın günlərdə İrəvanda Putin əleyhinə keçirilən mitinqin şahidi olduq. Bu hadisənin baş verməsi onu göstərir ki, artıq ermənilər də Rusiyanın siyasi oyunlarında alət olmaqdan usanıblar. Qarabağda normal demoqrafik balans yarada bilməyən ermənilər çətin ki, Krıma getməyə bu və ya digər formada razı olsunlar. O ki qaldı erməni döyüşçülərinin Qarabağdan Krıma aparılmasına, bu, həqiqətə uyğun deyil. Krımda baş verən prosesləri biz həm də yaxından izləyirik. Rusiya Krımı ilhaq etdikdən sonra təbii ki, içəridə müəyyən təmizləmələr aparacaq. Bunun üçün o, xüsusi təyinatlılardan da istifadə edəcək. Bu qaçınılmazdır. Bizdə olan məlumata görə, Krım ərazisində kim Ukrayna və ya Avropa leyhinə danışırsa, təqib olunur. Putin artıq Stalinin 1945-ci ildən sonra yürütdüyü siyasətə geri dönür. Lakin o, bir seyi unudur ki, indi 1945-ci il deyil".

F.Məmmədov çeçenlərin heç vaxt Azərbaycan əleyhinə döyüşməyəcəyini deyib:

"Rusların əlaltısı olan separatçı qüvvələrin tərkibində istənilən millətin nümayəndəsi ola bilər və bu mümkündür. Amma bu münaqişədə çeçenlərin xüsusi rol oynaması öz xalqına qarşı olan bir dezinformasiyadır. Çeçen xalqında azadlıq hissi, müsəlman təəssübkeşliyi və həmrəyliyi çox güclüdür. Qarabağ savaşında bizimlə birlikdə erməni və rus hərbi birləşmələrinə qarşı çeçen xalqının nümayəndələri də vuruşub. Çeçenlərin hər hansı münaqişədə Azərbaycanın əleyhinə istifadə olunması mümkünsüzdür. Qafqazda yaşayan xalqlar üçün yeganə təhlükə mənbəyi Rusiya olaraq qalır. Rusiya özü də yaxşı bilir ki, Qafqaz xalqları bir-birinə silah qaldırmaz. Putinin yürütmək istədiyi siyasət artıq fiyaskoya doğru gedir. Sadəcə olaraq, son vurnuxmaları ilə müəyyən qədər qorxu yaratmaq istəyir ki, bu da baş tutmayacaq".

Qeyd edək ki, dünən əslən Krım tatarı olan jurnalist Osman Paşayev ermənilərlə tatarlar arasında Rusiyanın vasitəsilə münaqişə yaratmağa çalışdıqlarını bildirmişdi.

Tarix
2014.05.22 / 10:52
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla