Yuxarı

Parubiy: ”Əsgərlərimizin öldürülməsi Putinin istəyidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parubiy: ”Əsgərlərimizin öldürülməsi Putinin istəyidir”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi Andrey Parubiy bu gün güc strukturlarına olan dörd hücum barədə açıqlama verib.

Axar.az Ukrayna mediasına istinadən xəbər verir ki, o bu hadisələrin arxasında Kremlin niyyətinin durduğunu dilə gətirib.

Jurnalistlərlə brifinq keçirən Parubiy əlavə edib ki, bu addımlarla Moskva və şəxsən Vladimir Putin Ukraynada keçiriləcək prezident seçkisinin qarşısını almaq istəyir:

"Putinin məqsədi Ukraynadakı prezident seçkisinin təxirə salınmasıdır. Bu səbəbdən də gecədən başlayaraq, ölkənin şərqində separatçıların hücümlarının sayı artıb. Baxın, eyni anda bizim əsgərlərə dörd tərəfdən hücum olub. Lakin biz onlara yerlərini göstərdik, təxribatçılar gəldikləri yerə - Rusiyaya qaytarıldı, separatçılar isə nəyə layiq olduqlarını gördülər".

Parubiy sonda önəmli fakta aydınlıq gətirib və bildirib ki, Rusiyanın Rostov şəhəri yaxınlığında böyük hərbi baza aşkar ediblər. Bu məkanda da terrorçular hazırlanaraq, Ukraynaya göndərilir.

Xatırladaq ki, Parubiy döyüşlərin hələ də davam etdiyini dilə gətirib.

Tarix
2014.05.22 / 18:44
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla