Yuxarı

"İrəvanın bu siyasəti münaqişənin həllinə əngəl olur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İrəvanın bu siyasəti münaqişənin həllinə əngəl olur"

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı məlumat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a daxil olan məlumatda bildirilir ki, bəyanatda işğalçı Ermənistanın Xocalı faciəsi də daxil olmaqla bir çox qanlı təxribatlar törətdiyi qeyd edilib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində Sahibə Allahverdiyevanın və nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi işğalçı ölkənin terrorçu mahiyyətini ortaya qoyur. Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasəti regionda sabitliyə mənfi təsir edir, münaqişənin həllinə mane olur.

Bəyanatda, həmçinin dünyanın aparıcı dövlətlərinə, beynəlxalq təşkilatlara Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırış ünvanlanıb.

Tarix
2017.07.07 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla