Yuxarı

AŞPA Azərbaycana qadağa qoydu – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA Azərbaycana qadağa qoydu – Səbəb

"Azərbaycanın işğal olunmuş ərazilərinə bu cür səfərlərin edilməsi bizim üçün yolverilməzdir".

Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev AŞPA-nın Bakıda iki il müddətinə komitə iclaslarının keçirilməsinə qoyduğu qadağa ilə bağlı açıqlamasında deyib.

O, Azərbaycanın mövqeyinin belə məsələlərdə nə qədər prinsipial olduğunu bütün ictimaiyyətin bildiyini qeyd edib:

"Azərbaycanın mövqeyi bu məsələdə prinsipialdır. Bütün beynəlxalq ictimaiyyət bizim mövqeyimizin nə qədər qətiyyətli və prinsipial olduğunu bilir. Azərbaycanın işğal olunmuş ərazilərinə bu cür səfərlərin edilməsi bizim üçün yolverilməzdir. Biz dəfələrlə demişik ki, işğal olunmuş ərazilərimizə səfərlərin edilməsi üçün mütləq Azərbaycanın icazəsi alınmalıdır. Yenə deyirəm ki, biz işğal olunmuş ərazilərə səfərlərlə bağlı prinsipial mövqeyimizi davam etdirəcəyik. Rene Ruke peşmançılıq keçirirsə, yaxud arzulanmaz şəxslərin siyahısından çıxmaq istəyirsə, bizə peşman olmağı ilə bağlı xahiş məktubu ünvanlayarsa, buna baxa bilərik".

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarının yaxın 2 il ərzində Azərbaycanda keçirilməsinə qadağa qoyub. AŞPA-dan buna əsas səbəb kimi Azərbaycanın Assambleyanın üzvü olan Rene Rukeyə verilmiş vizanı son anda ləğv etməsi göstərilib. Azərbaycanın hərəkəti Avropa Şurası qarşısında öhdəliklərin və AŞPA-nın Paris protokolunun pozulması kimi qiymətləndirilib.

Tarix
2014.05.24 / 10:04
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla