Yuxarı

Almaniya XİN-də Zəhradan danışıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya XİN-də Zəhradan danışıldı - Foto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşın Avropa İttifaqının Tvinninq layihəsi ilə bağlı Almaniyaya səfəri çərçivəsində Xarici İşlər Nazirliyinin departament rəhbəri Eckart Blaurock ilə görüş keçirilib.

Ombudsman aparatından Axar.az-a bildiriblər ki, görüşdə Xarici İşlər Nazirliyinin informasiya sahibi kimi səlahiyyətləri, daxil olan müraciətlər, onların cavablandırma mexanizmləri barədə məlumat verilib, bu sahədə həyata keçirilən tədbirlər haqqında müzakirələr aparılıb.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, bu istiqamətdə ombudsman Elmira Süleymanovanın çoxşaxəli fəaliyyəti, o cümlədən “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarət funksiyasının həyata keçirilməsi ilə bağlı səlahiyyətləri çərçivəsində görülən işlər barədə məlumat verilib, təcrübə mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların fundamental hüquqlarının pozulması haqqında geniş məlumat verilib, habelə iyulun 4-də Ermənistan ordusu tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulduğu, ikiyaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirildiyi bildirilib, Azərbaycan Ombudsmanın bu hadisə ilə bağlı qəbul etdiyi bəyanat Almaniya Xarici İşlər Nazirliyinə təqdim edilib.

Tarix
2017.07.13 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla