Yuxarı

Baş redaktor barədə təhqiramiz görüntü yayıldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş redaktor barədə təhqiramiz görüntü yayıldı - Video

"Avropa.info" saytının Baş redaktoru Ruslan Bəşirliyə qarşı davam edən hədə-qorxu, təhqir kampaniyasına daha biri əlavə olunub.

Az öncə Namiq Həşimzadə adlı şəxs Ruslan Bəşirlini təhqir edən video material yayıb.

Baş redaktor bu haqda yaydığı məlumatda bildirir ki, bir qrup iranmeyilli şəxs əvvəlcə onu Feysbukda təhqir və təhdid etməyə başlayıb. Namiq Həşimzadəyə sayta müsahibə verərək, barəsində yazılanlara aydınlıq gətirməsi təklif olunsa da, o, bundan imtina edib və sosial şəbəkədə təhdidlərini davam etdirib.

Təhdidlərin başanmasına səbəb isə "Hizbullah" terror təşkilatının Azərbaycanda təşkilatlanması ilə bağlı gedən yazıdır. Həmin yazıda Namiq Həşimzadə adlı Xaçmaz rayon sakininin İranın Azərbaycana qarşı qərəzi ilə seçilən Səhər TV kanalında çıxış etdiyi və Azərbaycanın dövlət rəhbərliyi, eyni zamanda, Azərbaycan xalqı haqqında aşağılayıcı fikirlər səsləndirdiyi bildirilib. Həmçinin sosial şəbəkələrdə Namiq Həşimzadənin "Hizbullah qalibun" adı ilə çıxış etdiyi də qeyd olunub.

Bundan sonra yenidən Səhər TV-də çıxış edən Namiq Həşimzadə "Hizbullah qalibun" adlı təşkilat yaratmadığını, sadəcə, bu adın onun "beyininə yerləşdirildiyini" deyib. Daha sonra isə R.Bəşirliyə qarşı növbəti kampaniyaya başlayıb.

R.Bəşirli artıq polisə müraciət etdiyini və N.Həşimzadənin təxribatçı əməllərinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarından yardım istədiyini bildirir.

"Avropa.info"nun yaydığı videonu təqdim edirik:

Tarix
2014.05.25 / 04:03
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla