Yuxarı

Ermənilər həmsədrlərə çağırış etdi: savaş...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri, Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Riçard Hoqland həm Azərbaycan, həm də Ermənistan xarici siyasət idarələrinin başçıları ilə görüşüblər.

Onlar Elmar Məmmədyarov və Edvard Nalbandyana iki ölkə prezidentlərinin görüşünün təşkil olunmasını təklif ediblər.

Axar.az Musavat.com-un Rusiya və Ermənistan mətbuatına istinadən hazırladığı erməni politoloqların həmsədrlərin son təklifi ilə bağlı düşüncə və fikrilərini təqdim edir:

“ATƏT-in Mİsnk qrupu Qarabağ münaqişəsinin nizamlanması ilə deyil, onun menecmentliyi ilə məşğuldur”,- Ermənistanın Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyan qeyd edib.

Erməni ekspertin fikrincə vasitəçilər sadəcə situasiyanın xaotik şəkildə inkişafına yol vermək istəmirlər və onu az və ya çox nəzarət olunan çərçivədə saxlamağa çalışırlar. Mehrabyanın sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü münaqişədə hər hansı irəliyə doğru addım olmadığını göstərib.

“Əldə olunan yeganə nailiyyət elə görüşün özünün baş tutmasıdır. Lakin görüşdə hər hansı bir predmet müsazkirəsi aparılmayıb. İki ölkə nazirlikərinin mətbuat xidmətlərinin açıqlamaları isə hansısa ciddi razılaşmanın olmadığını nümyiş etdirir”, Mehrabyan bildirib.

Bununla bərabər ekspert Brüsseldəki görüşün Dağlıq Qarabağda hərbi əməliyyatların başlama təhlükəsini azaltmadığını düşünür.
Onun fikrincə, bölgəyə gətirilən Rusiya silahları toqquşma ehtimalını daha dü gücləndirib:

“Rusiyanın” sülhpərvər” siyasəti onun real hərəkətləri ilə uyğun gəlmir”.

Mehrabyan Rusiyanın Azərbaycana silah verməklə onu cəsarətləndirdiyini söyləyir.

“Yeni toqquşmalardan qaçmaq üçün erməni tərəfi həmsədr üçlüyünün formatı xaricində Azərbaycanla hər hansı bir danışığa getməməlidir”, erməni politoloq yekun fikrini bildirib.

Siyais icmalçı, politoloq Stepan Səfəryan isə Ermənistanın Qarabağ münaqişəsinin nizamlanması məsələsində öz mövqelərini sərtləşdirdiyi düşüncəsindədir.

Onun fikrincə Azərbaycan Rusiyanın vasitəçiliyi altında üçtərəfli danışıqları davam etdirmək niyyətindədir.

“Azərbaycan tərəfi Rusiyanın gündəliyinə uyğun olaraq xal qazanmaq istəyir. Bundan başqa Azərbaycan lokal insidentlər vasitəsilə erməni tərəfinə təzyiq göstərməyə çalışır”, Səfəryan qeyd edib.

Bununla bərabər Səfəryan hazırda Rusiya və Azərbaycan arasında münasibətlərin sadə olmadığı fikrindədir. O, Rusiya tərəfindən Ümumdünya azərbaycanlıları konqresinin bağlanmasını, Azərbaycanın isə nümayişkaranə surətdə erməni əsilli Rusiya vətəndaşlarını ölkəyə buraxmamasını buna nümunə olaraq göstərib. Erməni politoloq Rusiya və Azərbaycan arasında münasibətlərin kəskinləşməsinin Qarabağ münaqişəsinin nizamlanması prosesində də rol oynayacağını iddia edib.

Ermənistanın “Modus vivendi” mərkəzinin rəhbəri, politoloq Ara Papyan ATƏT Minsk qrupu həmsədrlərinin bölgədə hərbi əməliyyatların başlanmasına yol vermək istəmədiklərini qeyd edib.

Erməni politoloq danışıqlarda irəliləyiş olmamasının əsas səbəbkarı kimi Azərbaycanı göstərib. O, Azərbaycanın danışıqlar prosesində ərazi bütövlüyü məsələsini qabartmasını qeyri-konstruktiv hesab edir(?!-red.)

Politoloq Azərbaycan tərəfinin Rusiyadan yeni silahlar almasını onun müharibəyə başlamaq niyyəti ilə əlaqələndirib. Onun fikrincə hərbi əməliyyatlar gələn il başlaya bilər. Sadəcə Azərbaycana yeni silahları öyrənib, onlarla təlim keçmək üçün vaxt lazımdır.

Ara Papyan baş verəcək müharibənin Azərbaycan və Ermənistanın iştirakı ilə məhdudlaşmayacağını söyləyir. O, Azərbaycanın Naxçıvandan hücum edə biləcəyini, bununla da Rusiya, Türkiyə və İranın da müharibəyə cəlb ediləcəyini iddia edib. Bundan başqa enerji dəhlizlərinin də zərər görəcəyini söyləyib.

Erməni politoloqlarınn söyləmlərindən düşmən ölkədə müharibə perpektivinni nə dərəcədə qorxu və təşviş doğurduğunu açıq-aşkar nümayiş etdirir. Xüsssilə Ara Papyanın enerji dəhlizlərinin də “qayğısına qalması”nı həm gizli şantaj, həm də regionda marağı olan ölkələrə yalvarmaq kimi də başa düşmək olar.

Tarix
2017.07.15 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla