Yuxarı

Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məmmədli Hüquq Mərkəzi MMC-nin rəhbəri Aqşin Azər oğlu Məmmədli barəsində məhkəməyə müraciət edib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müraciət Aqşin Məmmədlinin vergi borcunun ödənilməsini təmin etmək məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı olub.

Məhkəmə sənədində göstərilir ki, vergi ödəyicisi olan şəxsin dövlət büdcəsinə 18 033,32 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 0,25 manat borcu yaranıb. Ümumilikdə borcun məbləği 18 033,57 manat təşkil edib. Borcun 13 002,82 manatı vergilər, 5 030,50 manatı isə faizlər üzrə formalaşıb.

Sənəddə “Məmmədli Hüquq Mərkəzi” MMC-nin də adı keçir.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən borcun ödənilməsi üçün vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq bildirişlər göndərilib. Bildirişlərdə borcun 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb olunub. Lakin məhkəmə sənədinə əsasən, borc həmin müddətdə ödənilməyib.

Məhkəmə araşdırması zamanı vergi borcunun mövcudluğu və onun qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyi müəyyən edilib. Məhkəmə nəticəyə gəlib ki, yaranmış borcun ödənilməsini təmin etmək üçün 1994-cü il təvəllüdlü Aqşin Məmmədli Azər oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanuni əsaslar mövcuddur.

Beləliklə, məhkəmə ərizəni təmin edib və Aqşin Məmmədli Azər oğlunun ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmasına qərar verib.

Tarix
2026.09.21 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla