Yuxarı

Pensiya artımı ilə bağlı tarix açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiya artımı ilə bağlı tarix açıqlandı

2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu Baku.vs-yə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, əmək pensiyaları hər il yanvar ayında əvvəlki ildəki ölkə üzrə orta maaşın nominal artım faizinə uyğun indeksləşdirilir.

O qeyd edib ki, 2026-cı il üzrə orta aylıq əmək haqqının artım göstəricisi ilin sonuna yaxın dəqiqləşəcək. Müvafiq rəsmi məlumatların 2027-ci ilin fevralında açıqlanacağı gözlənilir:

"Pensiyaların artırılmasının konkret faizi də həmin göstərici əsasında müəyyənləşəcək. Yeni mexanizmə əsasən, pensiya məbləğindən asılı olaraq indeksləşdirmə zamanı fərqli əmsallar tətbiq ediləcək. Bu yanaşmanın məqsədi nisbətən aşağı pensiya alan vətəndaşların daha yüksək məbləğdə pensiya alanlarla müqayisədə daha çox artım əldə etməsini təmin etməkdir.

Yeni qaydanın bütün növ əmək pensiyalarına - yaşa, əlilliyə və ailə başçısını itirməyə görə təyin olunan pensiyalara şamil edilməsi nəzərdə tutulur.

2027-ci ildə pensiyaların artım faizi hələlik məlum olmasa da, artımın hesablanmasında əsas göstərici 2026-cı il üzrə orta aylıq əməkhaqqının nominal artım səviyyəsi olacaq. Fərqli əmsalların tətbiqi isə pensiya məbləğindən asılı olaraq artımın həcminə təsir göstərəcək".

Tarix
2026.10.17 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla