Yuxarı

Üç türk nazirin Bakı görüşü nə vəd edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının ötəngünkü Bakı görüşü üç dövlətin gələcək planlarının, xüsusən iqtisadi və siyasi sahədə olan iş birliklərinin reallaşdırılması üçün həyati əhəmiyyətə malikdir.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin gələcək əməkdaşlıq planlarının müzakirəsinə həsr olunan görüş haqda Axar.az-a danışarkən deyib. Politoloq uzunmüddətli əməkdaşlıq proqramının yol xəritəsinin hazırlanmasının əhəmiyyətindən də danışıb:

“Bu görüş tarixi hadisədir. Söhbət əsasən İpəkyolu, dəmiryolu layihələrinin reallaşdırılması, eyni zamanda, türkmən qazının TANAP-a qoşulması, türkmən qazının Avropa bazarlarına çıxarılmasından gedir. Bu layihələrin həyata keçirilməsində sözügedən yol xəritəsi xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, Azərbaycan və Türkmənistan arasında enerji qaynaqları ilə bağlı müəyyən mübahisəli məsələlər - Türkmənistanın “Günəşli” yatağına iddiaları var. Amma Azərbaycan tərəfi Türkmənistana bu yatağın (onlar buna “Sərdar” yatağı deyirlər) birgə istismarı haqqında təklif irəli sürüb. Belə məlum olur ki, Türkiyənin də vasitəçiliyi ilə müəyyən irəliləyişlər əldə olunub. Yəni həm türkmən qazının Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsi ilə Avropa bazarına çıxarılması, həm də mübahisəli neft yataqları ilə bağlı kompromis qərarların qəbul edildiyini göstərir”.

Qabil Hüseynli Xəzərin statusu ilə bağlı məsələlərə bu görüşün müsbət təsirindən danışıb:

“Bu, indiyə qədər Xəzərin statusu ilə bağlı məsələlərdə İranla birgə mövqe nümayiş etdirən Türkmənistanın Xəzərin orta xətt prinsipi üzrə bölünməsinə razılıq verəcəyinə, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsində ciddi irəliləyişin ola biləcəyinə yol açır. Üstəlik, Türkmənistan türkdilli dövlətlərin iqtisadi-siyasi əlaqələrin passiv rolundan aktiv rola keçir. Onun Türkdilli Dövlətlərin Parlament Assambleyasında, həmçinin mədəniyyət xətti ilə həyata keçirilən TÜRKSOY proqramında fəal iştirak edəcəyinə böyük ümidlər oyanır. Bir sözlə, üç dövlət arasında münasibətlərin strateji hədəflər əsasında müqavilə yolu ilə tənzimlənməsi gələcəkdə hər bir türk dövlətinin, eləcə də türk dünyasının inkişafının inteqrasiyası istiqamətində çox böyük perspektivlər açacaq”.

Qedy edək ki, Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri ötən gün Bakı görüşündə 2017–2020-ci illərdə üç ölkənin gələcək əməkdaşlığı üzrə yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər.

Tarix
2017.07.20 / 10:52
Müəllif
Nübar Lətifli
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla