Yuxarı

Ukrayna ordusu qanlı təmizləmə əməliyyatına başlayır - Plan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ordusu qanlı təmizləmə əməliyyatına başlayır - Plan

Yaxın günlərdə Ukrayna ordusunun əsas tapşırığı federallaşma tərəfdarlarının Rusiya sərhədi ilə əlaqəsini kəsmək, müqaviməti lokallaşdırmaq olacaq.

Axar.az xəbər verir ki, bu barədə yeni seçilmiş prezident Pyotr Poroşenkoya yaxın mənbələrdən biri deyib.

"Daha sonra 3 ay müddətində qondarma Donetsk və Luqansk Xalq Respublikalarına yardımı dayandırması üçün Moskva ilə razılıq əldə olunacaq. Separatçıların özləri də bunu çoxdan gözləyirlər. Onlar Kiyevdən Ukrayna ordusunun Luqanskda təmizləmə əməliyyatına başlayacağı, iyunun 4-də Slavyanska hücum olunacağı və bütün əməliyyatların iyunun 14-nə qədər başa çatdırılacağı ilə bağlı məlumat aldıqlarını etiraf edirlər", - deyə mənbənin verdiyi məlumatda bildirilib.

Lakin Ukrayna antiterror Əməliyyatı Mərkəzində belə bir planının hazırlandığını təsdiq etməyiblər.

Bununla yanaşı isə, separatçı Luqansk və Donetsk Xalq Respublikaları mülki vətəndaşlara səslənərək, onları antiterror əməliyyatından qorumağa çağırıblar. Hətta separatçılar Ukrayna ordusunun ABŞ xüsusi təyinatlıları ilə birlikdə qanlı təmizləmə əməliyyatı aparacağı ilə bağlı bəyanat da yaymışdılar.

Tarix
2014.05.30 / 11:05
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla