Yuxarı

Ukraynada ikinci Çeçenistan başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada ikinci Çeçenistan başlayır

Ukraynanın şərqində hərbi əməliyyatlar aylarla, hətta illərlə davam edə bilər.

Axar.az xəbər verir ki, bu barədə "Donbas" könüllü batalyonunun komandiri Semyon Semyonçenko açıqlamasında deyib.

Onun sözlərinə görə, Qafqazdan olan muzdluların Luqansk və Donetskdə yerləşdirilməsi göstərir ki, ikinci Çeçenistan başlayır.

"Mənim fikrimcə bu aylarla, hətta illərlə davam edə bilər. Ona görə ki, orada zəncirvari qırılmaz reaksiya var və ora Qafqazdan olan insanları atıblar. Nə vaxtsa Ukrayna ordusunun yenidən qurulması başlayacaq və onda biz yavaş-yavaş qələbə qazanacağıq", - deyə Semyonçenko bildirib.

Onun ən optimist proqnozuna görə, bu da ən azı bir neçə ay çəkəcək: "Bütün Luqansk və Donetsk sərhədi boyunca muzdluların təlim düşərgələri fəaliyyət göstərir və hər birində də 300-400 nəfər var. Bir həftə əvvəl hamı fikirləşirdi ki, seçkiqabağı separatçılar məhv ediləcək. İndi qərarsızların yerini qərarlılar tutur – bu, muzdlulardır. İkinci Çeçenistan başlayır. Çeçenlər arasında itkilər olduqca qanlı qisas başlayacaq. Biz hələ çox vəhşiliklər görəcəyik. Əgər Ukrayna bu yolu şərəflə keçə bilsə, normal, müasir dövlət qurmaq üçün şans yaranacaq".

Tarix
2014.05.30 / 17:56
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla