Yuxarı

İrəvan KTMT-ni münaqişəyə cəlb edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin son təxribatlarına adekvat cavab vermək sərhəd bölgələrdə daha irimiqyaslı toqquşmalara səbəb ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistanın mülki əhaliylə mübarizə apardığını bildirməlidir:

“Torpaqlarımızın işğalı ilə bağlı dünya ictimaiyyətində düzgün təsəvvürlər oyada bilmək üçün daha çox iş görməliyik. Doğrudur, bəzən dünya ictimai rəyi də birtərəfli düşünür və hadisələri birbaşa erməni mənbələrindən alır. Biz bunu təbliğat predmetinə çevirməyi bacarmalı, bu faktdan Ermənistanın qəsbkar və işğalçı siyasətini faş etmək üçün yararlanmalıyıq. Füzuli rayonunun Alxanlı kəndində erməni ordusunun dinc sakinləri hədəf alması nəticəsində azyaşlı Zəhra və nənəsinin qətlə yetirilməsi dünya ictimaiyyətində böyük rezonans doğurdu. Eyni hadisə ötən gün Tovuzun Qaralar kəndində də təkrarlandı və 13 yaşlı Ramin Yusifov ağır yaralandı. Bu hadisəyə səssiz qalmamalı və həyəcan siqnalı çalmalıyıq. Ermənistan artıq öz təxribatlarını sərhəd rayonlarına yönəldib. İrəvanın bir məqsədi var, o da Azərbaycan Ordusunu təxribatlara cəlb etmək və bununla da "Putin NATO-su" adlandırılan KTMT-ni Azərbaycan-Ermənistan münaqişəsinə cəlb etməkdir. Biz bunu nəzərə alaraq, məsələnin təbliğat tərəflərini ön plana çəkməliyik. Çünki bu məsələnin təkcə Ermənistan tərəfindən hazırlandığını düşünmək sadəlövhlük olardı. Bunun arxasında daha irəliyə gedən məqsədlər güdən beynəlxalq güclərin dayandığını mütləq nəzərə almaq lazımdır”.

Politoloq bildirib ki, bəzi qüvvələr Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək bölgəni müharibə meydanına çevirmək istəyir:

“Cənubi Qafqazda NATO-nun təsirinin yayılması bu dairələrə öz güclərini göstərməyə imkan vermir. Biz onlara cavab verməklə bölgəni müharibə ocağına çevirə bilərik. Bu, əslində hüquqi vəziyyət yaratmasa da, formal olaraq Rusiyanın müdaxiləsiylə nəticələnə bilər. Bu hadisə Rusiya və Ermənistanın öz ordularını birləşdirilməsindən qısa zaman sonra baş verdi. Bütün bunlar onu göstərir ki, Rusiyanın erməni ordusu ilə təlimlər keçirməsi məkrli bir plana hazırlıqdır. Erməni təxribatlarına hərbi addımlarla cavab verə bilərik. Azərbaycan hazırda çox həssas bir dövr yaşayır. Yeni sanksiyalarla üzləşən Rusiya belə bir zamanda yenə də vəziyyəti dəyişmək istəyir. Azərbaycan səbrli davranıb, Rusiyanın əlinə fürsət verməməli, bölgədə sabitlik naminə yeni addımlar atmalı, monitorinq qrupunun bölgəyə dəvət olunmasını təmin etməli və Ermənistanın bölgədəki vəziyyəti hansısa dairələrin tapşırığı ilə sabotaj etməsinin qarşısını almalıdır”.

Tarix
2017.08.09 / 09:00
Müəllif
Samirə Heydərli
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla