Yuxarı

Zakir Həsənov cəbhədəki generalı Bakıya gətirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəmkir korpusunda aparılan yoxlamalar general-leytenant Rövşən Əkbərovun yerinin dəyişdirilməsi ilə əlaqədardır".

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Şəmkir korpusunda yenidən aparılan yoxlamalarla bağlı mediada yayılan informasiyanı şərh edərkən deyib.

O, bu dəyişikliklə bağlı general-leytenantın özünün xahiş etdiyini bildirib:

"Şəmkir korpusunda ciddi nə isə var deyə, Zakir Həsənov yoxlama qərarı qəbul edib. Bu yaxınlarda da orada yoxlama aparılmışdı. Bu iki səbəblə əlaqədar ola bilər. Birincisi, maddi-texniki təminatla bağlı hansısa suallar ortaya çıxıb. İkincisi isə Rövşən Əkbərovun həqiqətən yerdəyişməsi həyata keçirilir. Yuxarı vəzifə barədə bir söz deyə bilmərəm, amma Rövşən Əkbərovla bağlı dəyişiklik qərarının qəbul olunması gözlənilir. Son məlumatlara görə, Rövşən Əkbərovun keçmiş vəzifəsinə, Bakıdakı hərbi birləşmənin rəhbərliyinə gətirilməsi müzakirə edilir. Bilirsiniz ki, o bundan əvvəl Bakı korpusunun komandanı idi. Burada onu general Kərim Vəliyev əvəz etmişdi. Kərim Vəliyev Müdafiə nazirinin müavini təyin olunduqdan sonra Rövşən Əkbərovun əvvəlki postuna qayıtmaq məsələsi gündəmə gəlib.

Bütün hallarda bu yoxlamanın Rövşən Əkbərovun vəzifə dəyişikliyi ilə əlaqədardır. Onun Baş Qərargah rəisi vəzifəsinə gətirilməsi məsələsi də müzakirə olunur. Ancaq bu məsələyə birbaşa Ali Baş Komandanın qərarıdır, ona görə də bu barədə ehtimal irəli sürmək mümkün deyil. Məncə, generalın yerinin dəyişdirilməsi ilə bağlı yoxlamalar aparıldıqdan sonra son qərar qəbul edəcək".

Qeyd edək ki, dünən "Aznews.az" saytı Şəmkir korpusunda Müdafiə Nazirliyinin ciddi yoxlamalara başladığı haqqında informasiya yaymışdı.

Onu da xatırladaq ki, general-leytenant Rövşən Əkbərov indiyə kimi eks-müdafiə naziri Səfər Əbiyevin ən böyük əleyhdarlarından hesab edilir. Bir müddət öncə onun Bakıya ya Daxili Qoşunların komandanı, ya da SQ-yə Baş Qərargah rəisi vəzifəsinə gətirilicəyi haqqında informasiya yayılmışdı.

Tarix
2014.06.04 / 11:54
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla