Yuxarı

PA rəsmisi İlham Əliyevin səfərindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
PA rəsmisi İlham Əliyevin səfərindən danışdı

Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısındakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoyub. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov toplantının nəticələri ilə bağlı müsahibəsində deyib.

N.Məmmədov bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantılarının keçirilməsi ənənə halı alıb: "Türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 2009-cu ildə Azərbaycanın qədim Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi barədə qərar qəbul olunub. Təşkilat ötən dövrdə əhəmiyyətli inkişaf mərhələsi keçməklə bərabər, dəqiq hədəflər müəyyən edə bilib. Bodrumda keçirilən IV Zirvə toplantısında türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələri əhatə edən əlaqələrin qurulması üçün imkanların araşdırılmasına dair qərarlar qəbul edilib. Prezident İlham Əliyevin Bodrumdakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoyub. Tərəflər Azərbaycanın sədrliyi ilə təşkilatın ötən dövrdəki fəaliyyətini yüksək dəyərləndiriblər".

O qeyd edib ki, Zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Dağlıq Qarabağ barədə maddənin salınması Azərbaycan üçün əhəmiyyətli bir məsələdir: "Digər tərəfdən, qəbul olunmuş qərara əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi vəzifəsini Azərbaycan tərəfi - Ramil Həsənov tutub. Təşkilata sədrlik Türkiyə tərəfinə keçib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə olunub".

Tarix
2014.06.05 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla