Yuxarı

Azərbaycanda 30 otel tikilir: ucuz, sərfəli...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşağı kateqoriyalı otellərdə qiymətlər nisbətən ucuz olur. Amma Bakıda aşağı kateqoriyalı ucuz otellər demək olar ki, yox səviyyəsindədir.

Bu sözləri Axar.az-a ölkədə aşağı kateqoriyalı mehmanxanaların azlıq təşkil etməsinə münasibət bildirən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. O bildirib ki, turizmin inkişaf etdirilməsi üçün bu məsələyə kompleks yanaşmaq lazımdır:

“Turistlərə qalmağa yer, mehmanxana, bələdçilər və s. lazım olur. Bunlardan biri çatışmadıqda turizmin inkişafına maneə yaranır”.

Ekspert qeyd edib ki, ucuz otellərin azlığı istər-istəməz narahatlıq yaradır:

“Belə olduqda turistlər evlərdə qalmağa məcbur olur. Bu da ölkənin vergidən gələn gəlirlərinin azalmasına səbəb olur, həmçinin xidmət sahəsinin inkişafına maneə yaradır. Hesab edirəm ki, ucuz nəqliyyat növləri və müxtəlif kateqoriyalı dövlət otelləri yaradılmalıdır. Bir çox ölkələrdə aşağı kateqoriyalı otellər kifayət qədər çox gəlir gətirir. Nəzərə almaq lazımdır ki, avropalı turistlər Bakıda belə otellərin olduğunu bilsələr, böyük məmnuniyyətlə orada qalarlar. Hansısa şirkət xətti ilə deyil, öz hesablarına səyahət edən turistlər də rahatlıqla "ulduzsuz" otellərdən istifadə edə bilirlər. Həmçinin otellərdə idarəçi vəzifələrində daha peşəkar insanlar çalışmalıdır”.

M.Ağakərimov vurğulayıb ki, hazırda Azərbaycana dünyanın müxtəlif yerlərindən insanlar axışır:
“Ona görə də bu sahədə çox dil bilən mütəxəsislərə ehtiyac böyükdür. Təkcə rus və ingilis dili ilə kifayətlənmək olmaz. Ərəb, fars, ispan, fransız və s. dillərini bilən tur bələdçilərini yetişdirmək, bu sahədə turistləri düzgün məlumatlandırmaq lazımdır”.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə deyib ki, Azərbaycan prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanı var. Həmin fərmana əsasən turizmin daha da inkişaf etdirilməsi üçün strateji yol xəritəsi tətbiq olunub.

“Bu yol xəritəsində aşağı kateqoriyalı, xüsusən, 2, 3 ulduzlu mehmanxanaların tikilməsi üçün sahibkarlara dəstək verilməsi qərara alınıb. Hazırda ölkədə aşağı kateqoriyalı mehmanxanaların tikilməsinə xüsusi diqqət yetirilir. Bu sahənin inkişaf etdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Hazırda ölkə ərazisində 30-dan çox belə mehmanxanaların tikilişi həyata keçirilir”.

Qeyd edək ki, Azərbaycanda, xüsusilə Bakıda otellər həddən artıq dəbdəbəli və əsasən, 4 və 5 ulduzludur.

Tarix
2017.09.01 / 09:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla