Yuxarı

Erməni mediası Naxçıvan istiqamətində hərbi fəallıqdan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni mediası Naxçıvan istiqamətində hərbi fəallıqdan yazdı

"Azərbaycan və Türkiyə Naxçıvanda hərbi aktivliyini artırıb. Ehtimal var ki, iki ölkə ordusunun birgə keçirəcəyi hərbi təlimlər də məhz Naxçıvanda baş tutacaq. Səbəb Qarabağın hüquqi statusu barədə aparılan siyasəti önləməkdir".

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mediası xəbər yayıb. Erməni mediasının iddiasına görə, 2015-ci ildə qondarma "erməni soyqırımının" 100 illiyi tamam olur və bu zaman Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsi daha da aktuallaşacaq. Azərbaycanın buna qədər Ermənistanın imkanlarını önləmək siyasəti yeritdiyini iddia edən erməni mediası Naxçıvandakı hərbi aktivliyin səbəbini bununla bağlayıb.

Xatırladaq ki, Naxçıvan istiqamətində atəşkəsi pozan Ermənistan silahlı qüvvələridir. İyunun 2-də Ermənistan hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri Zaur Həsənov şəhid oldu. Azərbaycan isə yalnız 3 gün sonra – iyunun 5-də növbəti atəşkəs pozuntusunda cavab atəşi açdı və 2 erməni əsgəri öldürüldü.

Bundan sonra isə Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində fəallaşdığı barədə yerli mənbələrə istinadla Azərbaycan mediası məlumat yayıb. Ermənistan tərəfinin bu "hərbi aktivliyin" səbəbkarı olaraq Azərbaycanı göstərməsinə baxmayaraq, atəşkəsin Ermənistan tərəfindən pozulduğunu iyunun ikisində baş verən hadisə də təsdiqləyir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirlyi Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum və ya hərbi aktivlik göstərdiyini təkzibləyib. Yeri gəlmişkən, erməni mediası da Ermənistanın Naxçıvan istiqamətində hərbi aktivliyini istisna edib və bu aktivliyin Azərbaycan tərəfindən göstərildiyini bildirib.

Tarix
2014.06.08 / 01:26
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla