Yuxarı

Yeni SSRİ Azərbaycanı sıxışdırır: Gəmilərimizə qadağa

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni SSRİ Azərbaycanı sıxışdırır: Gəmilərimizə qadağa

Qazaxıstan Azərbaycana məxsus gəmiləri sıxışdırır. Bu barədə informasiya Axar.az-a etibarlı mənbələrdən daxil olub.

Mənbə gəmilərin sıxışdırılmağa başlanmasının Avrasiya İttifaqı ilə əlaqəli olduğunu söyləyib. O, mayın 29-da Belarusiya, Rusiya, Qazaxıstan arasında Avrasiya İttifaqının yaradılması ilə bağlı müqavilə imzalandıqdan sonra bu sıxışdırmanın daha da artdığını bildirib.

Mənbə məhz həmin sazişdən sonra sonra Qazaxıstanın Aktau limanına bir dənə də olsun Azərbaycan gəmisi buraxılmadığını deyib. Bundan sonra isə Xəzərdə Rusiya və Qazaxıstan gəmiləri yük daşımanı tam ələ alıblar. Qazaxıstanın Aktau limanından daşınan yüklər isə ancaq qazaxların tankerləri ilə Mahaçkala limanındakı rezervuarlara aparılmağa başlanılıb. Azərbaycan gəmilərinin yük daşınması haqda icazələri olsa da, hələ nə Rusiya, nə də Qazaxıstan rəhbərliyi buna heç bir şərait yaratmayıb.

Qoyulan qadağalar ümumilikdə Azərbaycan Xəzər Gəmiçiliyi QSC-nin büdcəsinə özünün təsirini göstərib. Bu üzdən artıq cari il ərzində dənizçilər üçün nəzərdə tutulan əmək haqqı artımı da yubanıb.

Tarix
2014.06.09 / 12:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla