Yuxarı

Ermənilərin Naxçıvan hücumunun səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Naxçıvan hücumunun səbəbi

"Ermənilərin hücumlarının əsas məqsədi ordumuzun Naxçıvandakı zəif yerlərini aşkarlamaqdan ibarətdir".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli son günlər Naxçıvan istiqamətində ermənilərin fəallaşması ilə bağlı xəbərləri şərh edərkən deyib.

O, Naxçıvandakı qoşunların ermənilər üçün kifayət qədər təhlükə olduğunu bildirib:

"1921-ci il Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Naxçıvana hansısa hücum olarsa, rəsmi Ankara buranı öz torpağı kimi müdafiə etməlidir. Son günlər Naxçıvana qarşı hücumların ermənilər tərəfindən aktivləşməsinin əsas səbəbi Naxçıvanda Əlahiddə Ordunun yaradılmasıdır. Bu ordu kifayət qədər silah-sursatla təchiz edilib. Naxçıvanda Əlahiddə Ordu sistemi az qalır ki, Müdafiə Nazirliyi sisteminin üçdə birini əhatə etsin. Bunu isə ermənilər özlərinə çox ciddi təhlükə kimi görürlər. Ermənilər bura hücumlar etməklə bu ordunu tez-tez sınağa çəkmək istəyirlər. Əsas məqsəd ordumuzun Naxçıvandakı zəif yerlərini aşkarlamaqdan ibarətdir. Son günlərin hadisələri göstərdi ki, ermənilər artıq bu ordudan qorxmağa başlayıblar. Fikrimcə, bu ordu hər hansı müharibə zamanı Ermənistana qarşı Naxçıvan ərazisindən ikinci bir cəbhənin açılması üçün yetərli hesab edilə bilər".

Qeyd edək ki, Naxçıvanda Əlahiddə Ordu keçən il dekabrın 20-də yaradılıb. Orduya peşəkar zabit, general-leytenant Kərəm Mustafayev rəhbərlik edir.

Tarix
2014.06.09 / 16:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident Avstriya səfirini qəbul etdi

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla