Yuxarı

Türkiyə çalxalanır: Sinan Oğan şok faktlar açıqladı – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə çalxalanır: Sinan Oğan şok faktlar açıqladı – Video

Az öncə CNN Türk kanalının canlı yayımına bağlanan Türkiyə BMM-nin millət vəkili Sinan Oğan ilginc məlumat verib.

Axar.az xəbər verir ki, Azərbaycanda da yaxşı tanınan Sinan Oğan bir gün öncə Böyük Millət Məclisində qanun müzakirə edilərkən, müzakirələrə ara verilməsini və Mosul konsulluğunun təhlükə altında olmasına münasibət bildirilməsini istəyib. S.Oğanın sözlərinə görə, onun informasiyasını ciddiyə almayan AKP-li millət vəkilləri bu müzakirəyə mane olublar.

Daha sonra Sinan Oğan Mosuldakı türk konsulluğunun bir güllə belə atılmadan İŞİD terrorçularına təslim edildiyini bildirib və qeyd edib ki, güllə atılmaması və qapıların terrorçuların üzünə açılması göstərişi Ankaradan gəlib. O, konsulluğun təhlükəsizliyinə cavabdeh olan 30 polisin Ankaradan gələn tapşırıqla bir güllə belə açmaması və təslim olması barədə əlində olan təkzibedilməz faktları ictimaiyyətə təqdim edəcəyini də bildirib.

Xatırladaq ki, Türkiyənin Mosuldakı konsulluğunun bütün əməkdaşları – Baş konsul da daxil olmaqla cəmi 49 nəfər – ötən gün İŞİD terrorçularına girov düşüblər. Hazırda Türkiyənin tələbi ilə NATO Şurası bu məsələni müzakirə edir.

Türkiyə hadisəyə münasibət bildirməsi üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırılmasını da tələb edib

Tarix
2014.06.12 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla