Yuxarı

Rus tankları Ukrayna sərhədini keçdi - Rəsmi məlumat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus tankları Ukrayna sərhədini keçdi - Rəsmi məlumat

Rusiya Ukrayna ordusuna qarşı tanklardan istifadə edir.

Axar.az xəbər verir ki, bu barədə "censor.net" saytının baş redaktoru Yuri Butusov məlumat verib.

Məlumat Ukrayna Daxili İşlər naziri Arsen Avakov tərəfindən də təsdiq olunub.

"Bu gün gecə 3 ədəd T-72 tankı Ukrayna dövlət sərhədini Rusiya tərəfdən pozub. Tanklardan biri Snejnoe yaşayış məntəqəsində yerləşib. İki tank isə şəhərdən çıxıb. Snejnoe yaxınlığında həmin tanklar Ukrayna hərbçiləri tərəfindən ələ keçirilib. Döyüş gedir. T-72-lərdən birinin vurulduğu haqda məlumat var", - deyə Avakov bildirib.

Digər bir məlumata görə, isə Ukrayna sərhədində rus ordusuna məxsus zirehli texnika və BM-21 "Qrad" reaktiv yaylım atəşi sistemləri yerləşdirilib və onlar hər an Ukrayna ərazisinə daxil ola bilərlər.

Snejnoe sakinləri daxili işlər orqanlarına bildiriblər ki, şəhərə daxil olan tankların ekipajları rus olduqlarını gizlətmirlər və Ukraynanı azad etməyə gəldiklərini deyirlər.

Tarix
2014.06.12 / 17:24
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla