Yuxarı

Ziya Məmmədovun bacısı işdən buna görə çıxarıldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş məqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın vəzifəsindən çıxarılmasının əsl səbəbi üzə çıxıb.

Axar.az xəbər verir ki, bununla bağlı Bilik Günündə Lider TV-də xüsusi sujet də hazırlanıb. Belə ki, Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub.

Üçqat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini Lider TV əməkdaşına deyiblər.

Bilik Günündə məktəb önündə şənliyə qatılan M.Məmmədova isə jurnalistin bu yöndən verdiyi sualdan yayınıb.

Qeyd edək ki, dünən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən azad edilib. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir.

Lider TV-nin süjetini təqdim edirik:

Tarix
2017.09.21 / 11:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla