Yuxarı

Prezident türk ölkələrinin spikerlərini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident türk ölkələrinin spikerlərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə, Qırğızıstan və Qazaxıstan parlamenti sədrlərinin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.

Görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat, birgə layihələr və digər istiqamətlərdə əməkdaşlığımızın yüksək səviyyədə olduğu bildirilib, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı zamanı dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyəti vurğulanıb, ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək vermələrinin önəmi qeyd olunub.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanaraq bu baxımdan Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının səmərəli olacağına əminlik ifadə edilib.

Prezident Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının salamlarına görə, minnətdarlığını bildirib, onun da salamlarını hər üç ölkə başçılarına çatdırmağı xahiş edib.

Tarix
2014.06.13 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla