Yuxarı

Separatçılar Ukrayna təyyarəsini vurdu: Ölənlər var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Separatçılar Ukrayna təyyarəsini vurdu: Ölənlər var

Ukrayna Hərbi hava Qüvvələrinə məxsus İl-76 təyyarəsi Luqansk aeroportuna enən zaman separatçılar tərəfindən vurulub.

Axar.az xəbər verir ki, məlumat Ukrayna Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.

"İyunun 13-dən 14-nə keçən gecə Ukrayna Hərbi hava Qüvvələrinə məxsus İl-76 təyyarəsi Luqansk aeroportuna enən zaman terrorçular tərəfindən zenit qurğusu və iri kalibrli pulemyotlar tərəfindən atəşə tutulub. Təyyarənin bortunda hərbi qulluqçular, texnika və ləvazimatlar var idi", - Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

Ölənlərin sayı haqqında heç bir məlumat verilməsə də, təyyarədə 30 nəfərin olduğu bildirilir.

Müdafiə Nazirliyi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərragahı və Hərbi Hava Qüvvələrinin komandanlığı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Tarix
2014.06.14 / 09:22
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla