Yuxarı

Putin Donbasa peşəkar qatillər göndərir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Donbasa peşəkar qatillər göndərir

Ukrayna ölkənin şərqində stabillik yaratmaq üçün ilk növbədə Rusiya ilə sərhədi bağlamalıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı hüquq-müdafiəçisi, dissident, Demokratik İttifaq Partiyasının yaradıcısı Valeriya Novodvorskaya Ukrayna mətbuatına verdiyi müsahibəsində deyib.

"Ukrayna sərhədi bağlamalı və Rusiya ilə diplomatik münasibətləri müvəqqəti olaraq kəsməlidir. Yoxsa növbəti dəfə Andrey Deşitsa qəzəblənmiş kütləni Kiyevdəki rus səfirliyindən yığışdıra bilməyəcək. Ən əsası isə Ukraynaya təcili olaraq əsl xarici hərbi mütəxəssislər lazımdır", - deyə Novodvorskaya bildirib.

Onun sözlərinə görə, Rusiya SSRİ-nin dağılmasından sonra bir neçə müharibədə iştirak etmək imkanı qazanıb, lakin Ukrayna həmişə sülh şəraitində yaşayıb: "Siz 20 ildir vuruşmursuz, ancaq Rusiya bu vaxt ərzində bir neçə qaynar nöqtələrdə oldu. Putin Ukraynanın şərqinə mindən artıq peşəkar qatillər yollayıb. Bu, Dnestryanı və Çeçenistandan keçmiş "Rus pravoslav ordusu" adlanır. Bu köpəklərə pul ödəyərək Slavyansk, Donetsk və digər şəhərlərə göndərirlər. Rusiyada bu "daş dövrünü bombalamaq" adlanır. Ancaq Ukraynanın Çeçenistan kimi Donbasın xarabalığa çevrilməsinə icazə verəcəyini düşünmürəm".

Novodvorskaya bildirib ki, bu gün Ukrayna ordusunda peşəkar hərbi kadrlar yoxdur və ABŞ-ın böyük yardımına da ümid etməyə dəyməz: "Ukraynaya ABŞ-ın "Dəniz pişikləri" kimi xüsusi təyinatlılar lazımdır. Çətin ki, Barak Obama sizə kömək etsin, o, ABŞ tarixinin ən qabiliyyətsiz prezidentidir. Amma kömək üçün Konqresə müraciət edin. Rus muzdlu qatillər Donbasda çox qala bilməyəcəklər. Buna görə də, onlarla yalnız silahla danışmaq lazımdır. Amma burada ən böyük rolu prezident Pyotr Poroşenko oynamalıdır. Prezident ölkənin şərqinə getməli və sadə insanlarla görüşməlidir. Poroşenko hər blok-postda dayanan şəxslərə başa salmalıdır ki, Kiyevdə heç bir faşist yoxdur. Rusiya telekanalları onları aldadır. Onlar öz merlərini, qubernatorlarını seçə bilərlər. "

Müxalif siyasətçi onu da bildirib ki, Donbas heç vaxt müstəqil ola bilməz, əks təqdirdə bu regionu "şirin" həyat gözləyir.

Tarix
2014.06.18 / 11:39
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla