Yuxarı

Bütün türk dünyasının əsas məsələsi... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva II Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresində iştirak edib.

Axar.az xəbər verir ki, Bakı Avrasiya Universiteti, Türkiyənin Pamukkale Universiteti və Anadolu Mədəni Araşdırmalar Dərgisi tərəfindən təşkil olunan konqresin açılışında millət vəkili Azərbaycan və Türkiyədən olan elm adamlarına və aydınlara çağırış edib. O, “Qarabağ problemi və türk dünyası” mövzusunda geniş məruzə ilə çıxış edib və bu cür tədbirlərin vacibliyini xüsusi vurğulayıb:

“Ortaq tariximizi, mədəniyyətimizi uşaqlarımıza çox kiçik yaşlardan öyrətməliyik. Birliyimizin güclənməsinə çox böyük ehtiyac var. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması bütün türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.

Qeyd edək ki, millət vəkilinə II Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresinin təşkilatçıları olan Bakı Avrasiya Universiteti, Türkiyənin Pamukkale Universiteti və Anadolu Mədəni Araşdırmalar Dərgisi adından konqresin işinə verdiyi dəstəkdən dolayı təşəkkürnamə və mükafat təqdim edilib.

Tarix
2017.10.20 / 23:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla