Yuxarı

“Ölkəmizə qarşı təxribata qalxan anında məhv ediləcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin inkişafını, dünyanın enerji və nəqliyyat dəhlizləri sistemində mühüm rola sahiblənməsini qəbul edə bilməyən dairələr məqsədyönlü şəkildə Azərbaycanda sabitliyi pozmağa cəhd göstərirlər.

Bu sözləri Axar.az-a açıqlamasında ötən gün Azərbaycanda terror aktları planlaşdıran bir qrup dini ekstremistin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən (DTX) yerindəcə məhv edilməsi ilə bağlı danışan analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi mühüm əməliyyatlar, ölkənin ictimai-siyasi təhlükəsizliyini hədəfə alan olduqca ciddi bir təxribatın qarşısının alınması yüksək dəyərləndirilməlidir:

“İctimai-siyasi sabitliyin qorunması istənilən dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu günədək əldə etdiyi uğurlara məhz sabitliyin təmin olunması, ictimai təhlükəsizliyin qorunması sayəsində nail olub. Sabitliyin qorunması əldə etdiyimiz bütün uğurların təməlini təşkil edir. Bu baxımdan ölkəmizin inkişafını, dünyanın enerji və nəqliyyat dəhlizləri sistemində mühüm rola sahiblənməsini qəbul edə bilməyən dairələr məqsədyönlü şəkildə Azərbaycanda sabitliyi pozmağa cəhd göstərirlər. Bildiyiniz kimi, bir neçə gündən sonra Azərbaycanda uzun illərdən bəri gözlədiyimiz, müstəqillik tariximizin ən böyük uğurlarından biri olan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin açılışı olacaq. Bu layihə bizim çoxsaylı nəqliyyat dəhlizlərinin mərkəzində yer almağımıza, Şərqlə Qərb, Cənubla Şimal arasında mühüm bir körpü rolu oynamağımıza imkan verəcək. Şübhəsiz ki, bu proselərdən kənarda qalan, yaxud Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan qüvvələr nəyin bahasına olursa olsun, bu və ya digər layihələrdən əldə edəcəyimiz dividentlərə öncədən zərbə vurmağa çalışır, Azərbaycan haqqında “qeyri-sabit ölkə” imicini formalaşdırmağa cəhd göstərirlər. Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatlar isə bir daha sübuta yetirdi ki, Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ictimai təhlükəsizliyimizi hədəfə alan qüvvələri yerindəcə zərərsizləşdirmək iqtidarındadır”.

Qeyd edək ki, ötən gün DTX Milli Şuranın mitinqində partlayış törətməyi planlaşdıran 3 terrorçunu zərərsizləşdirib.

Tarix
2017.10.27 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla