Yuxarı

Bu sevda Kataloniyanı iqtisadi uçuruma aparır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid və Brüsselin qəbul etmədiyi bir şəraitdə müstəqillik sevdası Kataloniya üçün xoş perspektiv vəd etmir.

Axar.az xəbər verir ki, bu haqda politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Kataloniyada adambaşına düşən ÜDM-in həcmi 30 min avro, İspaniyanın digər hissəsində isə 23 min avro civarındadır:

“İşsizliyin səviyyəsi ölkənin digər regionları ilə müqayisədə aşağıdır. Cəlb olunan xarici sərmayələrin həcminə görə, Kataloniya İspaniyanın digər bölgələrini üstələyir. Katalonların əsas narazılığı mərkəzi büdcəyə böyük məbləğdə vergi ödənilməsi ilə bağlı idi. Əgər müstəqillik Çexiya-Slovakiya variantı ilə həyata keçsəydi, bu fikirləri qəbul etmək olardı. Ancaq Madrid və Brüsselin (AB) qəbul etmədiyi bir şəraitdə müstəqillik sevdası Kataloniya üçün xoş perspektiv vəd etmir. Kataloniyanın ixracının 80%-i İspaniyanın digər bölgələrinin və AB-nin payına düşür. Əgər İspaniya fiziki sərhədlər qursa, gömrük məntəqələri yaratsa, mal və xidmətlər indiki kimi sərbəst, gömrük rüsumları olmadan dolaşa bilməyəcək. Təbii ki, belə olan halda xarici kapital, böyük biznes mübahisəli hüquqi duruma malik, biznes mühitinin korlandığı bölgədə qalmayacaq. Referendumdan bu yana 2 min civarında şirkət öz ofisini Kataloniyadan köçürüb, mübahisələrin uzanacağı təqdirdə isə onlar istehsalı da İspaniyanın digər regionlarına daşıyacaqlar, mərkəzi hökumət də bu prosesi təşviq edəcək, turistlər də əvvəlki səviyyədə Barselonaya gəlməyəcək”.

Politoloqun sözlərinə görə, AB Kataloniyanın müstəqilliyini tanımadığı üçün bu bölgə avrozonadan çıxmaq məcburiyyətində qalacaq:

“Bu halda hansı xaosun yarana biləcəyini təsəvvür etmək çətin deyil. Bütün bunlar zəncirvari şəkildə ticarət dövriyyəsinin, ixracın, gəlirlərin azalmasına, işsizliyin artmasına, ümumilikdə bölgə əhalisinin rifah səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq. Kataloniyadakı əhval-ruhiyyəni dəqiq bilmirəm. Amma referendumdan öncə keçirilən rəy sorğusunda əhalinin əksəriyyəti yalnız dinc yolla ayrılığı dəstəklədiyini bildirmişdi və nəyin bahasına olursa olsun, ayrılmağa tərəfdar çıxanlar 37% təşkil edirdi. Referendumda iştirak faizi cəmi 43% oldu. Bu müstəqillik legitim deyil”.

Qeyd edək ki, ötən gün İspaniya hökuməti Kataloniya muxtariyyətinin və parlamentinin ləğvi barədə qərar qəbul edib.

Tarix
2017.10.28 / 14:51
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla