Yuxarı

TRT BTQ-dən reportaj hazırladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin nüfuzlu TRT HABER televiziya kanalı istifadəyə hazır vəziyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi əhəmiyyəti barədə geniş reportaj yayıb. Reportajda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iqtisadi layihənin gerçəkləməsi naminə qətiyyətli siyasi iradə nümayiş etdiriblər.

Axar.az xəbər verir ki, oktyabrın 29-da axşam saatlarında efirə gedən reportajda Bakı-Tbilisi-Qars dəmir yolu xəttini gerçəkləşdirən amillər, onun tikintisinə böyük məbləğdə maliyyə vəsaitinin sərf olunması, yolun üstünlükləri, yaratdığı yeni perspektivlər və s. məqamlardan bəhs olunub. Qeyd olunub ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək yolunun polad magistrallar üzərində bərpasıdır. Açılışı Azərbaycanda nəzərdə tutulan Bakı-Tbilisi-Qars özlüyündə böyük bir coğrafiyada yerləşən dövlətlərə beynəlxalq tranzit ölkə statusu qazandırır və yaxud bu statusu daha da genişləndirir. Bu dəmir yolu ilk növbədə yük daşımalarındakı intensivliyi artıracaq.

Diqqətə çatdırılıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində çox sayda dövlət və hökumət rəhbərlərinin və nümayəndəsinin, həmçinin nüfuzlu beynəlxalq şirkət təmsilçilərinin qatılması gözlənilir ki, bu da təqdim olunan layihənin beynəlxalq əhəmiyyətinin göstəricisidir.

Reportajda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməlqoyma mərasimi, tikinti prosesi, onun indiki vəziyyəti və bu xəttin giriş və çıxış nöqtələrindəki digər təyinatlı beynəlxalq əhəmiyyətli nəqliyyat strukturlarını əks etdirən kadrlar nümayiş olunub.

Tarix
2017.10.29 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla