Yuxarı

Cavanşirin vəsiyyəti: kostyumda dəfnə dinimiz necə baxır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub.

Kult.az xəbər verir ki, şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir.

Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Globalinfo.az-a deyib ki, bir insan vəfatından öncə hər hansı vəsiyyət edə, mal-mülkünün kimə qalmasını deyə, geyimdə dəfn olunmasını istəyə bilər; əgər insanın şəxsi istəkləri ənənələrə uyğun gəlirsə, məqbul sayılır, uğun gəlmirsə, həmin istək və tələb yerinə yetirilmir:

“Öz paltarında dəfn olunan yalnız şəhidlərdir, onlar öz geyimlərində Allahın hüzuruna göndərilə bilərlər. Onlardan başqa peyğəmbərlərin belə, bütün digər müsəlmanlar kimi, dünyəvi paltarları əyinlərindən çıxarılıb, kəfənli və cibsiz halda namazla, qüsulla bir yerdə axirətə göndərilirlər. İslamın qaydası budur”.

İlahiyyatçı paltarda dəfn edilmənin qadağan olunmasının izahını belə verib:

“Paltar bu dünyaya aidddir. Bir insan dünyasını dəyişən zaman artıq dünyaya bağlı olan geyimlərə, əşyalara son qoyulur. Orada kostyum, qalstuk, ayaqqabının rəngi, ziynət əşyaları və s. hamısı bədən üçün yükdür. Onların heç birinin adama xeyri yoxdur, əksinə, ziyanı var. Geyimlə dəfn olunmaq o deməkdir ki, “ey Allahım, sən belə istəmisən, amma mən sənin dediyin kimi istəmirəm, öz istəyimlə gəlməyə üstünlük verirəm”. Bu baxımdan da bilərəkdən belə etmək doğru deyil. Ona görə də dinimiz bunu caiz görməyib”.

Tarix
2024.04.21 / 12:02
Müəllif
Kult.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla