Yuxarı

Pezeşkianın Xankəndidə bu jesti kimləri yandırır? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə liderlərin səmimi söhbətləşdiyi məkana İlham Əliyevin gəlişi zamanı yalnız İran Prezidenti Məsud Pezeşkian ayağa qalxdı. İranda bəzi qruplar isə bundan Pezeşkiana qarşı istifadə etməyə, bu jestinə görə onu tənqid etməyə başlayıblar.

İlham Əliyevin gəlişi zamanı Pezeşkianın ayağa qalxmasını hər kəs başa düşməz, anlamaz, dərk etməz.

Ora yığışanların hamısı qardaşdır, doğmadır, elə türk prezidentlərin özləri də. Yəni Ərdoğan, Japarov, Mirziyayev, Tatar... - qardaşdır, elə Şahbaz Şərif də, amma Pezeşkianla Əliyev qardaş deyil, qardaşdan daha artıqdır, böyük mənada bir adamdırlar: bütün türklər qardaşımızdır, güneylilər isə özümüzük!

İlham Əliyev bunu axı uca səslə elan da etdi – həm də Ərdoğana müraciətlə: “Ona (Pezeşkianı göstərir) deyirəm ki, öz doğma Vətənindəsən!”

Pezeşkian da bunu hiss edir və digərlərinə də nümayiş etdirir – İlham Əliyev gələndə ayağa durub, yerini ona göstərir, “gəl, burda otur” jesti edir. Videoya diqqət edin – İlham Əliyev bilir ki, Pezeşkian nə deyir, niyə deyir, amma əli ilə təşəkkür edib, kənarda oturur.

Pezeşkian ona görə İlham Əliyev üçün ayağa durdu və ona yer göstərdi ki, o, doğrudan da özünün ev yiyəsi olduğunu anlamışdı, bunu ona bütün səmimiyyəti ilə İlham Əliyev anlatmışdı!

Pezeşkian həm ev yiyəsi olaraq ayağa durdu, həm də “qardaşdan ötə qardaşının” - İlham Əliyevin halal haqqını vermək, onun mərkəzdə olmasını istədi – o qədər dərin hiss, təhtəlşüuri diktənin refleksləridir ki, bunu yalnız canın, qanın və ruhunla hiss etməlisən!

Bunu biriləri çox yaxşı anlayır, ona görə “qəzəbləniblər”...

Tarix
2025.07.07 / 12:47
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Kurenkov Bakıya gəldi

Rusiya Azərbaycanla qarşıdurmaya girsə... - Tsaryov

Diplomatlar ADA-da toplandı - Müşavirə

Bakı-Moskva münasibətləri gərginləşdi – Zatulin “aktivləşdi”

Peskov: Rusiya Azərbaycanda onları müdafiə edir

Kremldən Bakı ilə bağlı mühüm açıqlama

Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...

İsrailli rəsmidən fars dilində müəmmalı paylaşım

Rusiya ilə gərginlik belə bitəcək - Sabiq nazir

Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla