Yuxarı

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva ilə Bakı arasında münasibətlərin gərginləşdiyi dövrdə Azərbaycandakı rus icması Rusiyaya xüsusi rəğbət nümayiş etdirməyib, əksinə, öz ölkələrinə - Azərbaycana daha çox loyallıq göstəriblər.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının xaricdəki ruslarla iş üzrə federal agentliyinin (“Rossotrudniçestvo”) rəhbəri Yevgeni Primakov RBK-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu icmanın nümayəndələri bəzi bəyanatlar səsləndirsələr də, bu çıxışlar Rusiyanı deyil, Azərbaycanı dəstəkləyən mövqedə olub. Primakov bu yanaşmanı anlaşılan hesab etdiyini bildirib, çünki həmin şəxslərin Azərbaycan vətəndaşlığı var. Bununla belə, o, etiraf edib ki, Rusiyaya daha çox dəstək və bağlılıq göstərilməsini arzulayır.

Agentlik rəhbəri vurğulayıb ki, Rusiya öz xalqının nümayəndələrindən loyallıq gözləməyə haqqı olan bir dövlətdir və bu, onların yaşadığı ölkələrin maraqları ilə ziddiyyət təşkil etməməlidir.

Tarix
2025.07.08 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla