Yuxarı

Muğam Müsabiqəsinin qalibləri bəlli oldu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muğam Müsabiqəsinin qalibləri bəlli oldu

16:07

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində keçirilib.

Axar.az xəbər verir ki, müsabiqənin final mərhələsində 12 iştirakçı iştirak edib. Müsabiqənin münsiflər heyətinin üzvləri arasında Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi var.

Final mərhələsində 5 yeniyetmə, 7 gənc muğam ifaçısı çıxış edərək münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.

Yekun qərara əsasən, 8-16 yaşında yeniyetmələr arasında 3-ü yerdə Kənan Tağızadə, 2-ci yerdə Murad Nəbizadə qərarlaşıb. Yeniyetmələr arasında IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Əhəd Ağayev olub.

16-30 yaşında gənclər arasında isə 3-ü yerdə Rəis Niftəliyev, 2-ci yerdə Nərmin Mirzəyevə qərarlaşıb. Gənc ifaçılar arasında IX “Muğam” Televiziya Müsabiqənin qalibi isə Aytac Bəybalayeva olub.

Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.

Tarix
2025.08.25 / 18:30
Müəllif
Kult.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla