Yuxarı

Türk reper konsertdən sonra atəşə tutuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk reper konsertdən sonra atəşə tutuldu

Türkiyənin Tekirdağ vilayətinin Hayrabolu rayonunda təşkil olunan festivalda səhnəyə çıxan məşhur reper Çakal (Əmirxan Çakal) konsertdən sonra silahlı hücuma məruz qalıb.

Kult.az Axşam.az-a istinadən xəbər verir ki, hadisə içkili bir şəxsin təsadüfi açdığı atəş nəticəsində baş verib.

İddialara görə, Çakalın həyat yoldaşı ilə foto çəkdirə bilməyən bir şəxs yaxınlıqdakı bağ evində spirtli içki qəbul etdikdən sonra havaya tüfənglə atəş açıb. Tüfəngdən çıxan qırmalar reperin ayağına dəyib. Yaralanan sənətçi əvvəlcə Hayrabolu Dövlət Xəstəxanasında ilkin tibbi yardım alıb, daha sonra isə İstanbulda yerləşən özəl xəstəxanaya təxliyə edilib.

Başlanan istintaq çərçivəsində saxlanılan şəxs hadisəni etiraf edib. Onun yüksək dərəcədə sərxoş olduğu və reperi təsadüfən vurduğu məlum olub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Tarix
2025.08.23 / 10:04
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla