Yuxarı

"Qarabağ" tarixinin ən bahalı transferi - Son həmlə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" tarixinin ən bahalı transferi - Son həmlə

“Qarabağ” Fransanın “Loryan” (Lorient) komandasının hücumçusu Sambu Sumanonu (Sambou Soumano) heyətinə cəlb etmək istəyir.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, hazırda tərəflər arasında intensiv danışıqlar gedir. Transfer 1-2 gün ərzində yekunlaşmalıdır. Çünki “Qarabağ” Çempionlar Liqası üçün sifariş ərizəsini sentyabrın 2-də UEFA-ya göndərməlidir.

İnsayder Rudi Qaletti isə özünün X səhifəsində yazıb ki, Ağdam təmsilçisi 24 yaşlı seneqallı futbolçu üçün onun klubuna 2,5 milyon avro+500 min avro bonus təklif edib. Bu məbləğ paketi indiyədək onunla maraqlanan digər klubların hamısının təklif etdiyindən daha yüksəkdir.

Bu gün və sabah futbolçunun transferi məsələsində açar gün olacaq.

Məlumata görə, futbolçu özü Çempionlar Liqasında yarışacaq “Qarabağ”da oynamaq istəyir, lakin hələlik klubla yekun razılaşma yoxdur. Saytımıza o da məlum olub ki, Sambo Sumano “Qarabağ”a transfer olunsa, onun illik gəliri 1 milyon avrodan artıq olacaq. Əgər keçid baş tutsa, bu, "Qarabağ" tarixinin ən bahalı transferi olacaq.

Sumano ötən mövsüm Liqa-2-nin qalibi olmuş “Loryen”də 32 oyunda 14 qol vurub, 3 qolun ötürməsini edib. Bu mövsümdə isə o, Liqa-1-də 2 oyunda 1 qol vurmağı bacarıb.

Tarix
2025.08.30 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla