Yuxarı

Ronaldo ilə bağlı şok: millini tərk edir, səbəbi isə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldo ilə bağlı şok: millini tərk edir, səbəbi isə...

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo milli komandanın düşərgəsini tərk edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Məlumata görə, 41 yaşlı futbolçu yaxın saatlarda Madriddən şəxsi təyyarəsi ilə Səudiyyə Ərəbistanına yola düşəcək.

Oktyabrın 1-də Portuqaliya UEFA Millətlər Liqasının A Liqasında III tur çərçivəsində Kopenhagendəki "Parken" stadionunda Danimarkanın qonağı olacaq.

Bundan əvvəl Ronaldonun komandanın baş məşqçisi Jorji Jezuş ilə arasında hər hansı münaqişənin olmadığı bildirilsə də, futbolçunun məşqi yarımçıq tərk etdiyi qeyd olunurdu. Baş məşqçi də mətbuat konfransında hücumçunun danimarkalılarla görüşdə iştirak etməyə biləcəyini istisna etməmişdi.

Ronaldo Millətlər Liqasının III turunda Danimarka ilə keçiriləcək oyundan əvvəl yığmanın düşərgəsini tərk etmək qərarını özü də şərh edib.

Jurnalist Fabritsio Romanonun X sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, 41 yaşlı ulduz futbolçu açıqlamasında aşağıdakı ifadələri işlədib:

"Milli komandanın baş məşqçisinin mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra yığmanın təlim-məşq düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı çatanda hər zaman sadiq olduğum milli komandadan ayrılmağımın səbəbləri haqqında bütün həqiqəti portuqaliyalılara danışacağam. İndi isə istisnasız olaraq Portuqaliyaya və bütün komanda yoldaşlarıma uğurlar arzulamaq vaxtıdır".

Qeyd edək ki, Portuqaliya millisi Millətlər Liqasında artıq iki matç keçirib. Ronaldo Uelslə görüşdə (1-0) 67 dəqiqə meydanda olub və məhsuldar hərəkətlə fərqlənməyib. Norveçlə matçda (2-1) isə o, ümumiyyətlə, meydana çıxmayıb.

Tarix
2026.09.30 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla