Yuxarı

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

"ADEX 2026" sərgisində ROKETSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında "Barbaros" sahil müdafiə sisteminin tədarükünə dair müqavilə imzalanıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, şirkətin bəyanatına görə, "Barbaros" sistemi Azərbaycan Silahlı Qüvvələrinin arsenalını zənginləşdirəcək.

ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əlaqələrinin müdafiə sənayesi sahəsində hər gün daha da möhkəmləndiyini və "Barbaros" sisteminin tədarükünün bu münasibətlərə strateji töhfə verəcəyini vurğulayıb.

İkinci ROKETSAN-ın qabaqcıl raket, reaktiv və sursat sistemləri ilə hər zaman Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib. O əlavə edib:

"Öz üstün xüsusiyyətləri sayəsində "Barbaros" Azərbaycan sahil xəttinin yeni strateji müdafiəçisi rolunu oynayacaq".

"Barbaros" sahil müdafiə konsepsiyasına uyğun olan və mobil batareyaya inteqrasiya edilmiş ATMACA və ÇAKIR qanadlı raketləri ilə işləmək qabiliyyətinə malik sistem kimi hazırlanıb. Sistem batareyanın tərkibindəki buraxılış qurğusu və komanda-idarəetmə maşını vasitəsilə tapşırıqları planlaşdırmaq imkanına malikdir. Həmçinin mərkəzləşdirilmiş döyüş idarəetmə sisteminə inteqrasiya oluna bilir.

Yüksək mobilliyə və güclü zərbə potensialına malik ATMACA və ÇAKIR qanadlı raketləri ilə işləyən sistem mobil quruluşu sayəsində dənizdən gələn təhlükələrə çevik reaksiya vermək imkanına malikdir.

Tarix
2026.09.30 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla