İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir
02:00
| Ana səhifə İdman |
|
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Axar.az xəbər verir ki, səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələn Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv 2:5 hesabı ilə uduzub.
Kilmarnok şəhərində baş tutan matçda yığmamızın qollarını Nəriman Axundzadə (21) və Raul Məmmədov (70) vurublar.
Xatırladaq ki, Azərbaycan millisi 9 oyundan sonra 7 xalla beşinci, meydan sahibləri 14 xalla üçüncü pillədə qərarlaşıb.
|
Tarix
2026.10.01 / 01:36
|
Müəllif
Axar.az
|