Yuxarı

Şəkidə TIR yanaraq kül oldu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkidə TIR yanaraq kül oldu - Foto

Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan TIR-da alovlanma baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsindən verilən Axar.az-a verilən məlumata görə, hadisə ilə bağlı məlumat daxil olan kimi bir neçə yanğınsöndürən və çox sayda canlı qüvvə hadisə yerinə göndərilib.

Yanğınsöndürənlərin səyi nəticəsində avtomobilin yük yerindəki yanğının genişlənməsinin qarşısı alınıb.

İlkin məlumatlara əsasən, Azərbaycan vətəndaşı Tağı Orucova məxsus olan, lakin 53 yaşlı Türkiyə vətəndaşı Canaydin Riza tərəfindən idarə olunan TIR-da yanğın anidən başlayıb və sürücü avtomobili yol kənarına çəkənə kimi alovlanma artıb.

Yanğının genişlənərək ətraf əraziyə yayılmasının qarşısı dərhal alınıb. Avtomobilin yük hissəsi çətinliklə ayrılıb. TIR-ın yük hissəsinin yanar konstruksiyaları və yük hissəsində olan kosmetika məhsulları isə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma başlanılıb.

Tarix
2025.07.08 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla