Yuxarı

Ukraynada erməni nazirin oğlu niyə və necə həbs edildi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Qərbin tələbi ilə olsa da, Milli Antikorrupsiya Bürosunun yaradılması inqilabın daha bir nailiyyətlərindəndir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Ukraynanın Daxili İşlər naziri, erməni əsilli Arsen Avakovun oğlunun həbsinə münasibətində qeyd edib. Onun sözlərinə görə, büro hökumətdən asılı olmayan və istintaq aparmaq, cinayət təqibi həyata keçirmək səlahiyyətinə malik müstəqil qurumdur:

"Bu gün Milli Antikorrupsiya Bürosunun detektivləri daxili işlər naziri Arsen Avakovun oğlunu və nazirin keçmiş müavinini saxlayıblar. Saxlanılanlar DİN tərəfindən həyata keçirilən satınalmalar zamanı mənimsəmələrə yol verməkdə ittiham olunur. Büro bundan əvvəl Müdafiə nazirinin müavini, Dövlət Fiskal (gömrük-vergi) Xidmətinin rəhbəri kimi yüksək vəzifəli dövlət məmurlarını həbs etmişdi. Daxili işlər nazirinin oğlunun saxlanılması hər halda, Ukraynada bir şeylərin dəyişməyə başladığını göstərir. Amma demokratik, hüquqi dövlət qurmaq uzun və məşəqqətli yoldur”.

Ş.Cəfərli bildirib ki, hazırda bu qurum ümumilikdə 3 milyard dollardan çox oğurluq faktları ilə bağlı cinayət işlərini araşdırır:

“Lakin əsas problem köhnə dövrdən qalan korrupsiyalaşmış məhkəmə sistemidir. Məhkəmələr saxlanılan vəzifəliləri, imkanlıları qanundakı müxtəlif boşluqlardan (məsələn, girovqoyma) istifadə edərək sərbəst buraxır. Ona görə, Qərb tələb edir ki, ənənəvi sistem islah olunana qədər xüsusi antikorrupsiya məhkəmələri yaradılsın və Antikorrupsiya Bürosunun araşdırdığı cinayət dosyeləri bu məhkəmələrə təqdim olunsun”.

Tarix
2017.11.01 / 00:47
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla